Məlikova Məsumə Fazil qızı

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri    
Təvəllüdü 22.11.1929 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi
Elmi dərəcəsi Hüquq elmləri doktoru
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)

dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 


5606.01

“Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi”

“M.F.Axundovun ictimai-siyasi baxışları”
Doktorluq dissertasiyasının

mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı




5606.01

“Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi”

“XIX əsrin II yarısı – XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları”
Müxbir üzv seçilməsi:

- tarix

- ixtisasın adı



30.06.1989

Siyasi və hüquqi təlimlər tarixi və nəzəriyyəsi
Çapdan çıxmış elmi

əsərlərinin ümumi sayı

 - xaricdə çıxmış elmi

əsərlərinin sayı

 - beynəlxalq bazalarda

referatlaşdırılan və

indeksləşdirilən

jurnallarda çap olunan

məqalələrin sayı

200-dən artıq


 

18

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı



29

Əsas elmi nailiyyətləri İlk dəfə olaraq Azərbaycanda milli siyasi və hüquqi fikrin öyrənilməsinin əsaslarını yaratmış, hüquq elmində yeni istiqamət açmaqla müvafiq məktəb formalaşdırmışdır. Ilkin olaraq Azərbaycanda siyasi və hüquqi təlimlər tarixinin problemli tədqiqat metodunu tətbiq etmişdir. Əsərlərində Azərbaycanda maarifçilik ideologiyasının meydana gəlməsi və təşəkkül tapması konsepsiyasının, eləcə də, bu ideologiyanın qədim dövrlərdən başlayaraq inkişafının dövrləşməsinin elmi əsaslandırılması verilmişdir. Elmi-tədqiqat obyektləri qismində həmçinin ümumi dövlət və hüquq nəzəriyyəsinin, Azərbaycanın və xarici ölkələrin dövlət və hüquq tarixinin problemləri çıxış edir.
Elmi əsərlərinin adları

1. “M.F.Axundovun ictimai-siyasi baxışları” B., 1958 (rus dilində)

2. “XIX əsr-XX əsrin başlanğıcında Azərbaycanda siyasi hüquqi təlimlər tarixi” B., 1972 (rus dilində)

3. “Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi” (birgə müəllifliklə) B., 1984

4. “Siyasi və hüquqi təlimlər tarixi”, Mосква, (1-3 cildlər), 1985, 1986, 1989, Bölmələr: Azərbaycan, Gürcüstan, Orta Asiya və s.-in siyasi və hüquqi təlimlər tarixi

5. “Siyasi və hüquqi təlimlər tarixi” Mосква (1965, 1971,1991) Dərsliklərin bir sıra bölmələri

6. “Dövlət və hüquq nəzəriyyəsi” B., (1979)

7. “Dövlət və hüquq nəzəriyyəsi” B.,(1988)

8. “Qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycanın dövlət və hüququ” (birgə müəllifliklə) B., 2001

9. “Müasir dövlət və hüquq tarixi” (birgə müəllifliklə) B., 2003

10. “Xarici ölkələrin dövlət və hüquq tarixi” (birgə müəllifliklə) B., 1997

11. “Xarici ölkələrin dövlət və hüquq tarixi” (birgə müəllifliklə) B., 2005

12. Qafqaz xalqlarının hüquq abidələrinin antologiyası. Azərbaycanın hüquq abidələri. C.17, Ростов-на-Дону, “Альтаир”, 2015 (birgə müəllifliklə,rus dilində)

200-ə qədər elmi məqalə və tezislər

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Moskvada nəşr olunan “История государства и права” və Azərbaycan-Rusiya müştərək “Международное право и сравнительное право” jurnallarının redaksiya şuralarının, Ümümittifaq Siyasi Elmlər Assosiasiyası Şurasının İcraiyyə Komitəsinin, SSRİ Təhsil Nazirliyi yanında hüquq elmləri üzrə tədris-metodiki şurasının, Azərbaycan SSR Təhsil Nazirliyinin elmi-metodik şurasının üzvü, Respublika AAK-nın iqtisadi, fəlsəfə və hüquqi elmlər üzrə Ekspert Komissiyasının sədri, 1978 və 1995-ci il Azərbaycan konstitusiyalarının hazırlanması üzrə komissiyaların üzvü, AMEA-nın Hüquq Elmləri üzrə Problem Şurasının sədri olmuşdur. Hazırda “Bakı Universitetinin Xəbərləri” jurnalının sosial-siyasi elmlər seriyası üzrə redaktoru, AMEA-nın ictimai elmlər bölməsinin bürosunun, “AMEA-nın xəbərləri” jurnalının tarix və hüquq elmləri seriyasının redaksiya şurasının, “Hüquqi dövlət və qanun” jurnalının redaksiya kollegiyasının, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının hüquqşünaslıq bölməsinin, AR Ali Məhkəməsinin Elmi-məsləhət şurasının və s. elmi qurumların üzvüdür.  
Pedaqoji fəaliyyəti BDU, 1952-ci ildən
Digər fəaliyyəti  
Təltif və mükafatları

1. 1969-cu il – “Azərbaycan SSR Əməkdar hüquqşünası”

2. 1976-cı il –  «Знак почета»ordeni

3. 1985-ci il – “Əmək veteranı” medalı 

4. 2000-ci il – “Şöhrət” ordeni

5. 2009-cu il – AR Prezidentinin fərdi təqaüdçüsü

6. 2009-cu il – AR Təhsil Nazirliyinin “Fərqlənməyə görə” döş nişanı

AR Təhsil Nazirliyinin, BDU-nun, AMEA-nın, DİN-nin və digər dövlət orqanlarının fəxri fərmanları
İş yeri və ünvanı Bakı Dövlət Universiteti,  Hüquq fakültəsi, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Z. Xəlilov küç., 23 
Vəzifəsi BDU, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri
Xidməti tel. (+994 12) 5390484 
Mobil tel . (+994 50) 3672131 
Ev tel. (+994 12) 4938573 
Faks  
Elektron poçtu mf_melikova@mail.ru