Məmmədov Tofiq Sadiq oğlu

Anadan olduğu yer Naxçıvan Muxtar Respublikası, Ordubad r-u, Dırnıs k.    
Təvəllüdü 10.02.1957 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Memarlıq və İnşaat Universiteti
Elmi dərəcəsi Biologiya və ekologiya elmləri doktoru
Elmi rütbəsi Professor
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

030005              

Botanika                 

Mərdəkan Dendrarisində olan qiymətli ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri və onların Abşeronun yaşıllaşdırılmasında əhəmiyyəti

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

030005

Botanika;  Ekologiya 

Abşeronda yaşıllaşdırmada perspektivli ağac, kol bitkilərinin bioekoloji xüsusiyyətlərinin, aqrotexnikasını və xalq təsərrüfatında səmərəli istifadəsinin elmi əsasları

Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

26.04.2006

Botanika
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
204

 

80

 

15

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 7
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-         elmlər doktorlarının sayı

9

1

Əsas elmi nailiyyətləri 1. İlk dəfə olaraq Abşeron dendroflorasına 87 fəsilə, 230 cinsə aid 660 növ ağac və kol bitkisinin floristik tərkibi, sistematik təhlili, həmişəyaşıl, yarpağı tökülən, iynəyarpaqlılara və hündürlüyünə görə qruplaşdırılmışdır, ekoloji amillərə davamlılığı və sənaye əhəmiyyətliliyi elmi əsaslarla öyrənilmişdir. (2009)

2. Müasir dövrdə Azərbaycan dendroflorasında təbii və mədəni halda bitən 8 fəsilə, 26 cinsə aid 129 növ çılpaqtoxumlu ağac və kol bitkiləri təyin edilmiş, “Azərbaycan dendroflorası” kitabının I cildi çapdan çıxmışdır, Bakı: Elm, 2011, 311s.

3. Azərbaycanın təbii və mədəni florası üzrə monitorinq aparılmış, 40 fəsilə, 89 cins, 295 növün gerbarisi toplanmış, APG III sistemi üzrə qruplaşdırılmış, təyinedici açarları, illustrativ şəkilləri verilmişdir. “Azərbaycan dendroflorası” kitabının II cildi hazırlanmışdır.

4. Azərbaycan florasında 42 fəsilə 71 cinsə aid 198 nadir və nəsli kəsilməkdə olan ağac və kol növü müəyyən edilmiş, həmin növlər təhlükə kateqoriyaları üzrə qruplaşdırılmışdır (2013).

5. Biologiya elminin tədrisində, botaniklərin, fizioloqların, kənd təsərrüfatı mütəxəssislərinin istifadəsi üçün ilk dəfə olaraq “Bitkilərin anatomiyası və morfologiyası üzrə izahlı terminlər”kitabı çapdan çıxmışdır (2014).

Elmi əsərlərinin adları 1. Abşeron şəraitində bəzi dekorativ ot bitkilərinin introduksiyası. Nikita Botanika bağı. Konfrans materialları. Yalta, 2010.

2. Abşeron ərazisinin yaşıllaşdırılmasının əsas prinsipləri. Beynəlxalq elmi konfransın materialları, Sankt-Peterburq, 2010.

3. Adi zəfəran növünün anatomik quruluşu. Amerika – Avroasiya jurnalı. “Kənd təsərrüfatı və ətraf mühitin qorunması” elmləri bölməsi. №9 (4), 2010.

4. Azərbaycan florasının öyrənilmə tarixi və perspektivliyi. XVIII Beynəlxalq Botanika Konqresi, Melbrun, Avstraliya, 2011.

5. Abşeron yarımadasında ətraf mühitin qorunmasında Mərdəkan dendrarisinin rolu. VI Botanika bağlarının konqresi, Çios, İslandiya, 2012.

6. Eldar şamının Abşeronda (Azərbaycan Respublikası) dendroxronologiyası, böyümə və inkişafının tədqiqi. Botanika jurnalı, Oksford, 2012.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Bolqarıstanın “Poliobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika bağlarının ekspert şurasının, Türkiyə Kahramanmaraş südçü iman Universiteti Doğa bölümləri dərgisinin ekspert komissiyasının, Qafqaz üzrə Botanika Bağları ekspert şurasının üzvüdür . “Hortus Botanicus” jurnalının redaksiya heyətinin üzvüdür.
Pedaqoji fəaliyyəti Baki Dövlət Universiteti

Odlar Yurdu Universiteti

Digər fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən) kadrların seçilməsi şöbəsinin ekspertidir. Odlar Yurdu Universitetində Dövlət İmtahan komissiyasının sədridir.
Təltif və mükafatları 1. AMEA-nın iki fəxri fərmanı ilə təltif olunmuşdur

2. “Amerika Ağac-Kollar Assosiyasiyası”nın və Dünya Botanika Bağları Cəmiyyətinin üzvüdür

3. Azərbaycan Respublikasının Şöhrət ordeni ilə təltif olumuşdur.

İş yeri və ünvanı AMEA Dendrologiya İnstitutu, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S. Yesenin 89
Vəzifəsi Dendrologiya İnstitutunun direktoru
Xidməti tel. (+994 12) 4543012;

(+994 12) 4541500

Mobil tel . (+994 50) 2124603
Ev tel. (+994 12) 4599300 
Faks (+994 12) 4540374 
Elektron poçtu denrary@mail.ru