Nuriyev Əli Xudu oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Füzuli rayonu    
Təvəllüdü 26.06.1939 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti, iqtisad fakültəsi
Elmi dərəcəsi İqtisad elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı


08.00.04

Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyatı

Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları

Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

08.00.05, 08.00.04 

Məhsuldar qüvvələrin yerləşdirilməsi, SSRİ rayonlarının iqtisadiyyatı

Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 
Müxbir üzv seçilməsi

- tarix

- ixtisasın adı


30 iyun 2001

Məhsuldar qüvvələrin yerləşdirilməsi, SSRİ rayonlarının iqtisadiyyatı (hazırda regional iqtisadiyyat)
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 260
Xaricdə çıxmış elmi əsərlərinin sayı 4
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı Apardığı elmi-tədqiqat işlərin nəticələrinin tətbiqinə dair Azərbaycan Maliyyə Nazirliyi, Dövlət Plan Komitəsi, Naxçıvan Elm Mərkəzinin Elmi Şurasından Naxçıvan MR Nazirlər Sovetindən, DPK Elmi-tədqiqat institutundan arayışları vardır.  
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı



22

Əsas elmi nailiyyətləri Aşağıdakılar işlənib hazırlanmış, müvafiq rəami dövlət orqanlarına təqdim olunmuş və öz tətbiqini tapmışdır. Azərbaycanda ilk dəfə olaraq sənaye kompleksinin (sənaye qovşağı, hazırda sənaye zonasının) formalaşması problemləri tədqiq olunmuş. Verilmiş konsepsiya Dövlət Plan Komitəsi mütəxəssislərini cəlb etməklə müzakirə edilmişdir (1969-1972). Naxçıvan MR-da ipəkçiliyin perspektiv inkişaf konsepsiyası (1976-1977), heyvandarlığın inkişafı və əhalinin ət-süd məhsulları ilə təminatının yaxşılaşdırılması təklifləri işlənib hazırlanmışdır (1973-1974); Naxçıvan MR-nın 1981-1985-ci illərdə və 1990-cı illərədək sosial-iqtisadi inkişaf proqnozları (1978-1979); Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılmasının yeni, nisbətən təkmil şəbəkəsi (1986-1990); Azərbaycanın ləğv olunmuş inzibati rayonlarının bərpa olunması təklifləri (1989-1990). “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının (2004-2008-ci illər) ilk elmi təhlili verilmiş və yerinə yetiriləcəyi elmi cəhətdən əsaslandırılmışdır (2003-2004-cü illər); Azərbaycanda keçid dövrünün əsasən başa çatması ideyası qaldırılmış və elmi cəhətdən əsaslandırılmışdır(2007);Azərbaycanda yaxın 20 ildə sosial-iqtisadi inkişaf siyasətinin konseptual əsasları işlənib hazırlanmışdır (2011-2013) 
Elmi əsərlərinin adları

1. Məhsuldar qüvvələrin respublika daxilində yerləşməsinin sosial-iqtisadi problemləri. Bakı, "Elm", 1982, 136 səh.;

2. Azərbaycan Respublikasının iqtisadi və inzibati ərazi quruluşunun kompleks təkmilləşdirilməsi. Bakı, "Elm", 1991, 74səh.

3. Azərbaycan iqtisadiyyatının böhrandan çıxması və inkişafının prinsipial məsələləri. Bakı, "Azərb.N A", 1992-128 səh.

4. İnsan və həyat fəlsəfəsi. Bakı, "Çaşıoğlu", 2005, 263 səh.

5. Naxçıvan iqtisadiyyatı XX əsrdə. Akademik Fərəməz Maqsudovun ümumi redaktorluğu ilə .Bakı, "Elm", 2000 -102 səh. A.A.Nadirov və Ş.M.Muradovla birlikdə.

6. Regional idarəetmənin əsasları (dərslik).Bakı-Elm-2007, 428 səh.

7. Regional siyasət və idarəetmə, Bakı-Elm-2004, 346 səh.

8. Regional siyasət və idarəetmənin əsasları (əsaslı dəyişikliklər və əlavələr edilmiş ikinci nəşr). Bakı- “Elm və təhsil”-2011- 516 səh.

9. Azərbaycanda iqtisadi inkişaf və modernləşmə siyasətinin konseptual əsasları. Bakı, “AVROPA” nəşriyyatı-2013, 418 səh.

10. Azərbaycan iqtisadiyyatı (xaricdə yaşayan azərbaycanlılar üçün).-Bakı: Elm, 2003-341 səh. (Nadirov A.A. və başqaları)

11. Dövlət idarəçilik nəzəriyyəsi. Dərslik (müəlliflər kollektivi), Bakı-“Elm və Təhsil”-2010, 550 səh, II, III, IV fəsillərin müəllifidir.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

1.AMEA-nın İqtisadiyyat İnstitutunda Dissertasiya şurasının üzvü və bu şura nəzdində elmi seminarın sədri;

2. AMEA-nın Naxçıvan bölməsində Dissertasiya şurasının üzvü  
Pedaqoji fəaliyyəti 1965-ci ildən Azərbaycanın ali məktəblərində dərs deyir. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur. 
Digər fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Böyük elmi şuranın üzvü və “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının  redaksiya heyətinin üzvü, eyni zamanda AMEA-nın İctimai və humanitar elmlər bölməsinin xəbərləri-iqtisadiyyat seriyası, Naxçıvan bölməsinin xəbərlərinin, “İpək yolu”,  “Kooperasiya” jurnallarının redaksiya heyətinin üzvüdür. 
Təltif və mükafatları

1. 1970-ci ildə “Gənc alimlərin elmi əsərlərinin Respublika müsabiqəsi”nin qalibi olmuş və Respublika komsomolu MK-nın Fəxri fərmanı ilə təltif edilmişdir;

2. 1977-ci ildə SSRİ EA-da sosializm yarışının qalibi olmuş və Döş nişanı ilə təltif olunmuşdur.

3. 2000-ci ildə AMEA-nın Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir;

4. 2009-cu ildə AMEA-nın Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir;

5. Respublika Prezidentinin 2009-cu il 10 sentyabr tarixli 470№li sərəncamı ilə elm və  təhsil sahəsində xidmətlərini nəzərə alaraq ona “Azərbaycan Respublikasının Əməkdar elm xadimi”  fəxri adı verilmişdir.

“Qızıl qələm”, “Ustad”  ali jurnalistika media müfatlarını, Respublika Elm fondunun “Uğur”diplomunu  və digər media mükafatlarını almışdır.
İş yeri və ünvanı Bakı, M.Lermontov 74 Azərbaycan Respublikası nın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 
Vəzifəsi Regional iqtisadi və sosial araşdırmalar institutunun direktoru
Xidməti tel. (+994 12) 492-89-31  
Mobil tel . (+994 50) 306-45-55 
Ev tel. (018) 646-38-12 
Faks  
Elektron poçtu

alinuriyev@mail.ru