Musayev Şakir Məzlum oğlu

Anadan olduğu yer Ağdam rayonu, Eyvazxanbəyli kəndi   
Təvəllüdü 15.03.1957 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Tibb Universiteti 
Elmi dərəcəsi Tibb Elmlər Doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


14.00.24

Məhkəmə təbabəti

İnsan başının tüklərinin bəzi elektrik parametrləri və onların məhkəmə-tibbi əhəmiyyəti
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


14.00.24

Məhkəmə təbabəti

Qafqaz əhalisinin məhkəmə-tibbi identifikasiyasında kraniometrik tədqiqatların imkanları
Müxbir üzv seçilməsi

-         tarix

 -        ixtisasın adı


30.06.2014

Tibb elmləri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
412

 

207

 

210 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 11 
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


6

2

Əsas elmi nailiyyətləri Şəxsiyyətin identifikasiyası probleminin müasir metodoloji həlli (Rusiyanın “Şəxsiyyətin identifikasiyasına dair dövlət proqramı”nda öz əksini tapmışdır); Qafqaz və Azərbaycanın antropologiyasına dair yeni məlumatların əldə edilməsi; Azərbaycanın hüquq-mühafizə sistemi üçün bəzi problemlərin həlli və müvafiq sənədlərin hazırlanması (qanunlar, düzəlişlər və s.) 
Elmi əsərlərinin adları 1. Rəhbərlik. Məhkəmə-təbabəti və məhkəmə-tibbi ekspertizanın əsasları. I-IV tom, 2259 s., Bakı, 2014.

2. Rəhbərlik. İbtidai araşdırma və məhkəmə istintaqının məhkəmə-tibbi təminatı. 518 s., Bakı, 2012.

3. Medico-criminalistic İdentification populations of Caucasus on skull. 127 s., Bakı, 1999. (2000-ci ildə Helsinkidə 13-cü Ümumdünya Məhkəmə Elmləri Assosiasiyasının qərarı ilə Beynəlxalq Hüquq Kitabxanasına daxil edilmişdir).

4. Terrorizm – hadisələr və məhkəmə-tibbi qiymətləndirmə. 400 s., Bakı, 2014.

5. Məhkəmə-tibbi ekspertiza və onun imkanları. 648 s., Bakı, 2009.

6. Судебно-медицинское отождествление личнос-ти по черепу. 334 стр., Баку, 2001.

7. Dərslik. Məhkəmə-təbabəti praktikada. 372 s., Bakı, 1998.

8. Dərslik. Məhkəmə-təbabəti. 690 s., Bakı, 2006.

9. Dərslik. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı. 454 s., Bakı, 2008.

10. Dərslik. Судебная медицина. 520 стр., Санкт-Петербург, 2009. 
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. Azərbaycanın Məhkəmə-tibb ekspertlərinin və patoloq-anatomlarının Elmi Cəmiyyətinin Sədri

2. Türk Dünyası Araşdırmaları Beynəlxalq Humanitar Elmlər Akademiyasının həqiqi üzvi

3. Avropa Təbabət Elmləri Akademiyasının həqiqi üzvi 
Pedaqoji fəaliyyəti Ə.Əliyev adına ADHTİ-nin məhkəmə-təbabəti və patoloji anatomiya, hüququn əsasları ilə kafedrasının müdiri. Kafedrada həkimlər təkmilləşdirmə kursları keçir, hüquq fakültəsinin tələbələri, Polis Akademiyasının və Ədliyyə Nazirliyi Akademiyasının kursantlarının tədrisi həmçinin həkim-rezidentlərin, Ədliyyə Nazirliyi, MTN, DİN, Prokururluq əməkdaşlarının, hüquqşünasların, vəkillərin və digər həmmərz peşə sahiblərinin diplomdan sonrakı hazırlığı aparılır. 
Digər fəaliyyəti Hüquqi sistemdə islahatların aparılması və Azərbaycan Respublikasında hüquqi dövlətin qurulması üzrə dövlət proqramının reallaşdırılması çərçivəsində (Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə yaradılmış) Ş.M. Musayev məhkəmə təbabəti xidmətinin təşkili və müvafiq aidiyyatı olan məsələlər ilə bağlı mühüm normativ-hüquqi sənədlərin hazırlanmasında müəlliflik etmişdir. 1985-ci il tarixindən 2014-cü ilə qədər müxtəlif beynəlxalq simpoziumlarda, konqreslərdə, konfranslarda və digər tədbirlərdə dəfələrlə iştirak etmiş, orada ölkə elmini şərəflə təmsil etmiş və bir qayda olaraq həmin forumların rəhbərliyinə seçilmişdir. Bundan əlavə, bir çox ekspert qrupunun tərkibinə daxil olmuş, həm rəhbər həm də mütəxəssis qismində ekspertizalarda iştirak etmişdir. Onlardan ən mühümü azərbaycanlıların 1918-ci il soyqırımı (Quba və Neftçala hadisələri), Xocalı soyqırımı, 1990-cı ilin qanlı yanvar hadisələrinin, Dağlıq Qarabağda erməni hərbi birləşmələri tərəfindən törədilmiş hərbi cinayətlərin, həmçinin 1991-ci ildə içərisində hökumət komissiyasının nümayəndələri olan helikopterə qarşı terror aktının, Bakı metropolitenində, ADNA, Əbu-Bəkr məscidində və digər terror hadisələrinin istintaqı, o cümlədən, texnogen fəlakətlər zamanı keçirilən ekspertizalardır. Bununla yanaşı, bir çox tanınmış şəxslərin cəsədlərinin identifikasiyasına, 26 Bakı Komissarlarının qəbrlərinin yerinin dəyişdirilməsi zamanı və Pirəkəşkül qəsəbəsinə epidemiyadan vəfat edən sovet əsgərlərinin kütləvi qəbrlərinin tapılması üzrə identifikasiya işlərinə rəhbərlik və tarixi həqiqətlərin bərpasına köməklik etmişdir. Bundan başqa sonuncu Rusiya imperatoru II Nikolay və onun ailə üzvlərinin sümük qalıqlarının (1998) və tanınmış dəniz səyyahı Vitus Berinqin sümük qalıqlarının identifikasiyasını (1994), azərbaycanlıların etnogenezi məsələsi ilə bağlı Tur Xeyerdal ilə müştərək tədqiqatlarını (1998), Çeçenistan müharibəsi qurbanlarının identifikasiyasını (1999), Əfqanıstanda təyyarə qəzası ilə bağlı ekspertizaya rəhbərliyi (2011) və bir sıra digər beynəlxalq ekspertizaları göstərmək olar. Həmçinin Ş.M. Musayev Müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın bir neçə İxtisaslaşdırılmış Elmi Şurasının üzvü olmuşdur. 
Təltif və mükafatları 1. Səhiyyə Nazirliyi və Baş Prokurorluğun Fəxri Fərmanları (1997-2014).

2. ABŞ ordusunun Komandanlığının dəstək medalı  (2004).

3. ABŞ ordusunun Kriminal Təhqiqatları Komandanlığının xüsusi medalı (2008).

4. Vilnus şəhərinin Fəxri sakini medalı (2011).

5. Türk Dünyası Araşdırmaları Beynəlxalq Humanitar Elmlər Akademiyasının “Qızıl Ulduz” medalı (2011).

6. Avropa Təbabət Elmləri Akademiyasının “Böyük Qızıl Tac” medalı (2012). 
İş yeri və ünvanı  
Vəzifəsi  
Xidməti tel.  
Mobil tel . (+994 50) 2232525 
Ev tel. (+994 12) 5020694
Faks (+994 12) 5946343
Elektron poçtu shakir.musayev@health.gov.az