Əkbərov Surxay Cabbar oğlu

Veb-sayt www.yarbis1.yildiz.edu.tr   
Anadan olduğu yer Ermənistan Respublikası, Masis rayonu, Zəhmət kəndi 
Təvəllüdü 08.02.1954 
Bitirdiyi ali təhsil müəssisəsi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika 
Elmi dərəcəsi Texnika elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


01.02.04

Deformasiya olunan bərk cisimlər mexanikası

Elastik mühitdeki iki lifin dayanıqlığının tədqiqi

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-        mövzunun adı


01.02.04

Deformasiya olunan bərk cisimlər mexanikası
 

Əyri struktura sahib kompozit materialların gərginlik vəziyyəti (hissə-hissə bircins cisim modeli)

Müxbir üzv seçilməsi

-         tarix

-        ixtisasın adı

2001

mexanika

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 350
Xaricdə çıxmış elmi əsərlərinin sayı 200
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 172 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı

 

29

Əsas elmi nailiyyətləri Əkbərovun әldә etdiyi elmi nәticәlәri aparılan tәdqiqatların mӧvzusuna gӧrә üç hissәyә ayrılır. Birinci hissәyә aid nәticәlәri aşağıdakı kimi sıralamaq olar:

1. Xәtti vә hәndәsi qeyri-xәtti elastik vә ӧzlü elastik nәzәriyyәsinin dәqiq tәnliklәrindәn istifadә edәrәk hissә-hissә bircins material modeli әsasında әyilmiş güclәndirici liflәri vә lӧvhәlәri olan kompozit materiallar mikro-mexanikasının әsasları yaradılmış vә bir çox konkret problemlәrin hәllinә tәtbiq edilmişdir;

2. Əldә edilәn nәzәri nәticәlәr kompozit materialların qırılmasındakı “tiftiklәnmә” effektinin izah edilmәsinә imkan vermişdir;

3. Əyri struktura sahib kompozit materialların mikro-mexanikasından әldә edilәn nәticәlәr bu materialların “effektiv” mexanik xassәlәrinin hesablanmasına uyğunlanmışdır;

4. İki istiqamәtdә lokal vә ya periodik əyilmәlәri olan lif-lӧvhәli kompozit materialların kontinual nәzәriyyәsi yaradılmışdır vә bu nәzәriyyә bu materiallardan hazırlanmış konstruksiya elementlәrinin bir çox mexanika mәsәlәlәrinin tәdqiq edilmәsinә tәdbiq edilmişdir.

5. Yuxarıda qeyd edilәn nәticәlәr Ukrayna Elmlәr Akademiyasının Mexanika İnstitunun әmәkdaşlarının “Mexanika Kompozitov” adı altında “Naukova Dumka” nәşriyyatında çap etdirdiyi 12 cildlik monoqrafiyaların “Mexanika materialov s iskrivlyonnimi strukturami, 1995, Naukova Dumka, 320 str.” adlı 4-cü cildinin hәm әsas müәllifi vә hәm dә elmi redaktorlarından biri olmuşdur

6. Yuxarıdakı elmi nәticәlәr daha әtraflı bir şәkildə “ S.D. Akbarov and A.N. Guz “Mechanics of Curved Composites” 2000, 446 p. Kluwer Academic Publishers” monoqrafiyasında verilmişdir

7. Yuxarıda qeyd edilәn nәzәriyyә vә metodlar bu günlәrdә dә aktualdır vә nano-kompozit materialların mexanikasını tәdqiq etmәk üçün tәdbiq edilmәkdә vә uyğun elmi araşdırmalar Әkbәrov vә onun doktorantları tәrәfindәn davam etdirilmәkdәdir

Əkbərovun ikinci hissәyә aid elmi nәticәlәri üçölçülü xәttilәşdirilmiş dayanıqlıq nәzәriyyəsinә aiddir. Qeyd edәk ki, bu nәzәriyyә XX әsrin birinci yarısında deformasiya olan bәrk cisim mexanikasının karifeylәri olan Southwell R.V. (1913-ildә), Treffttz (1931 -1933 cü illәrdә), Biezeno C.B vә Hencky H.(1929 –cü ildә), Novozilov VV (1948), Kappus R (1939-cu ildә) , Neuber H (1943-cü ildә) vs tәdqiqatlarında yaradılmış vә XX әsrin ikinci yarısında isә bu nәzәriyyә Biot M.A.(1965-ci ildә yazdığı monoqrafiyasında), Guz A.N. (1971-dәn 2014-cü illәrdә yazdığı bir çox monoqrafiyasında), Green A.E. vә Adkins J.E. (1958-ci ildә yazdığı monoqrafiyasında) vs bu nәzәriyyәni daha da inkişaf etdirmiş vә bir çox konkret problemin hәllinә tәdbiq etmişdir. Ancaq, üçölçülü xәttilәşdirilmiş dayanıqlıq nәzәriyyәsi yuxarıda adı keçәn alimlәrin işlәrindә ancak mexaniki xassәlәri zamandan asılı olmayan materiallar üçün yaradıla bilmiş vә mexaniki xassәlәri zamandan asılı olmayan materiallardan hazırlanmış konstruksiya elementlәrinin dayanıqlığının öyrәnilmәsinә tәdbiq edilә bilmişdir. Bu problem Əkbərov tərəfindən həll edilmişdir.

Əkbərovun bu sahәdә әldә etdiyi elmi nәticәlәri aşağıdakı kimi sıralamaq olar:

1. İlk dәfә üçölçülü xәttlәşdirilmiş dayanıqlıq nәzәriyyәsinin mexaniki xassәlәri zamandan asılı olan materiallar üçün inkişaf etdirmiş vә mexaniki xassәlәri zamandan asılı olan materialdan (mәsәlәn, özlü-elastik materialdan) hazırlanmış konstruksiya elementlәrinin dayanıqlığının öyrәnilmәsinә tәdbiq edilmişdir;

2. Başlanğıcda çatları olan çoxqatlı elastik vә ӧzlü-elastik kompozit materialların tәk vә iki istiqamәtdә sıxılması nәticәsindә delaminasiyonu (yәni, qatlara ayrılması) yuxarıdakı nәzәriyyә tәtbiq edilәrәk ӧyrәnilmişdir;

3.Ӧzlü-elastik anizotrop materiallardan hazırlanmış silindir vә lӧvhә şəklindәki konstruksiya elementlәrinin Əkbərovun metodu vasitәsi ilә әldә edilәn nәticәlәrin uyğun mәsәlәlәrin bilinәn tәqribi nәzәriyyәlәr vasitәsi ilә әldә edilәn nәticәlәrdәn çox fәrqli olduğunu gӧstәrmişdir vә bu metodun hәm nәzәri vә hәm dә tәtbiq mәnasında çox mühümdür;

4.Yuxarıda deyilәn üçölçülü xәttlәşdirilmiş dayanıqlıq nәzәriyyәsi elastik vә ӧzlü elastik tәkistiqamәtli lifli vә coxqatlı (çox lӧvhәli) kompozitlәrin daxili dayanıqlığının ӧyrәnilmәsinә dә uyğulanmışdır

5. Əkbərovun yuxarıda sıralanan nәticәlәri onun “ S.D. Akbarov “ Stability loss and Buckling Delamination: Three-Dimensional Linearized Approach for Elastic and Voscoelastic Composites” Springer, 2012, 446 p. “ monoqrafıyasinda verilmişdir.

Əkbərovun üçüncü hissәyә aid elmi nәticәlәri başlanğıc gәrilmәsi olan iki-materiallı (elastik-elastik; özlüelastik – elastik, piezoelektrik – elastik vs kimi) çox-tәbәqәli silindirlәrin vә plastinlәrin dinamikasina aiddir. Bu nәticәlәri aşağıdakı şәkildә ӧzәtlәmәk olar.

1. Başlanğıc gәrilmәsi olan elastik, ӧzlü-elastik, piezoelastik ӧrtü lӧvhәdәn vә elastik, ӧzlü-elastik vә piezoelektrik yarı-düzlәm vә yarı-fәzadan, mütlәq bәrk tәmәl üzәrindә olan çoxqatlı plastinlәrdә әmәlә gәlәn sistemlәr dinamikası üçün Lamb mәsәlәsi hәll edilmiş vә әldә edilәn nәticәlәrin zәlzәlәyә gӧrә edilәn hesablarda istifadә edilmәsi yolları gӧstәrilmişdir:

2. Başlanğıc gәrilmәsi olan elastik vә ӧzlü-elastik lӧvhәdәn vә elastik vә ӧzlü-elastik yarı-düzlәm vә ya yarı-fәzadan, vә hәm dә mütlәq bәrk tәmәl üzәrindә olan çoxqatlı plastinә tәsir edәn hәrәkәtli vә titrәşimli-hәrәkәtli qüvvәtlәrin kritik surәtlәri tәdqiq edilmiş vә titrәşim tezliyinin kritik surәtә tәsiri ӧyrәnilmişdir;

3. İki-materiallı sonlu vә kiçik başlanğıc deformasiyaları olan silindirlәrdә burulma, oxa-simmetrik vә әyilmә dalğalarının dispersiyasi ӧyrәnilmişdir:

4. İkiqatlı ӧrtü lӧvhәsi vә yarı müstәvidәn әmәlә gәlәn sistemlәrdә ümumilәşmiş Reyley dalğalarının dispersiyası vә bu dispersiyaya başlanğıc gәrilmәlәrin tәsiri araşdırılmışdır

Əkbərovun yuxarıda ӧzәtlәnәn nәticәlәri onun Springer nәşriyyatı ilә etdiyi sӧzlәşmәyә әsasәn yazdığı “Dynamics of the Pre-Strained Bi-Material Elastic Systems: Linearized Three-Dimensional Approach. Springer”

Elmi əsərlərinin adları 1.S.D. Akbarov . “Stability Loss and Buckling Delamination: Three-Dimensional Approach for Elastic and Viscoelastic Composites”, Springer, Heidelberg/ New-York/ Dordrecht/ London, 2012, 440p

2. S.D. Akbarov, A.N.Guz “Mechanics of curved composites”, Kluwer Academic Publishers, Dordrecht/ Boston/ London, 2000, 446p

3. S.D. Akbarov et al “Mechanics of composite materials with curved structures”, 1995, Naukova  Dumka, Kiev, 320p. (in Russian)

4. Akbarov S.D. On the Determination of Normalized Nonlinear Mechanical Properties of Composite Materials with Periodically Curved Layers, International Journal Solids and Structures , 1995, Vol. 32, Issue 21, Pp:3129-3143.

5. Akbarov S.D. The influence of the third order elastic constants on the dynamical interface stress field in a half-space covered with a pre-stretched layer, International Journal of Non-Linear Mechanics , 2006, Vol. 41, Issue 3, pp. 417-425.

6. Akbarov S.D. On the dynamical axisymmetric stress field in a finite pre-stretched bilayered slab resting on a rigid foundation, Journal of Sound and Vibration , 2006, Vol. 294, Issue 1, pp. 221-237.

7. Akbarov S.D. Dynamical (time-harmonic) axisymmetric interface stress field in the finite pre-strained half-space covered with the finite pre-stretched layer, International Journal of Engineering Science, 2006, Vol. 44, Issue 1, pp. 93-112.

8. Akbarov S.D. Frequency response of the axisymmetrically finite pre-stretched slab from incompressible functionally graded material on a rigid foundation, International Journal of Engineering Science, 2006, Vol. 44, Issue 8-9, pp. 484-500.

9. Akbarov S.D. Microbuckling of a doublewalled carbon nanotube embedded in an elastic matrix, Internatıonal Journal of Solids and Structures, 2013, Vol 50, Issue 16-17, Pp: 2584-2596.

10. Akbarov S.D. Buckling delamination of elastic and viscoelastic composite plates with cracks: Survey II (Axisymmetric and 3D problems), Mechanıcs of Composıte Materıals , 2013, Vol. 49, Issue 1, Pp:97-106.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  
Pedaqoji fəaliyyəti 20 il professor 
Digər fəaliyyəti  
Təltif və mükafatları  
İş yeri və ünvanı Yıldız Texnik Universiteti, 34349, Beşiktaş, İstanbul,  Türkiyə
Vəzifəsi Professor
Xidməti tel. (+994 12) 5393924
Mobil tel .  
Ev tel. (+994 12) 4239214
Faks  
Elektron poçtu akbarov@yildiz.edu.tr