Quliyev İbrahim Said oğlu

Anadan olduğu yer Qırğızıstan Respublikası, Bazar-Kurqan kəndi    
Təvəllüdü 23.05.1947 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Neft və Kimya İnstitutu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), geoloji-kəşfiyyat fakültəsi
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

04.00.13

Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları

“Azərbaycanın təbii qazlarının zonalılığı və neft-qaz yataqlarının qaz-geokimyəvi axtarışı üsulları” 
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


04.00.17

Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı

“Alp dağlararası çökəkliklərin qaz rejimi”

Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2001

Neft-qaz yataqlarının geologiyası və geokimyası
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı


2007

geologiya
 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 222, 10 monoqrafiya 
Xaricdə çıxmış elmi əsərlərinin sayı 111
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 50
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


10

2

Əsas elmi nailiyyətləri Quliyev İ.S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi - texnoloji prinsipləri şərh edilmiş və uzunmüddətli monitorinq aparılması təşkil edilmişdir. Bu tədqiqatların nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır.

Quliev İ.S. həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqu tərtib edilmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan (öz-özünə əmələ gələn) həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş və seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modeli hazırlanmışdır.

Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ.S.Quliyevə və onun AMEA Geologiya və VNİİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına məxsusdur.

Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında ürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir. Sürətlə çökmə şərti daxilində karbohidrogenlərin əmələgəlmə, miqrasiya və yığılma surətlərinin və miqyasını öyrənmək üçün orijinal tədqiqatlar aparılmışdır; hövzə modelləməsi, geokimyəvi və izotop tədqiqatları əsasında Cənubi-Xəzər hövzəsində karbohidrogenlərin əmələgəlmə və toplanmasının limit dərinlikləri və geniş dərinlik intervalı (16-18 km qədər) müəyyənləşdirilmişdir.

Bu tədqiqatlar Azərbaycanda karbohidrogen yataqları axtarışının effektivliyinin artırılmasına və quruda və dənizdə yeni neft-qaz yataqlarının tapılmasına köməklik etmişdir.

Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür (2010-cu il).

Elmi əsərlərinin adları 1. A.Mazzini, H.Svensen, S.Planke, G.G.Akhmanov, I.Guliyev, H.Johansen, ... Shallow plumbing systems in mud volcanoes (Azerbaijan). AGU Fall Meeting Abstracts, 2007, 1, 1350

2. E.H.Aliyeva, A.A.Feyzallayev, D.A.Huseynov, I.S.Guliyev, H.A.Aliyev, ... Environmental Control on Source Rocks and Reservoirs Accumulation in the Jurassic Series of the MCB South-western Flank. Caspian & Black Sea Geosciences Conference, 2008

3. A.Mazzini, H.Svensen, S.Planke, I.Guliyev, G.G.Akhmanov, T.Fallik, ... When mud volcanoes sleep: insight from seep geochemistry at the Dashgil mud volcano, Azerbaijan. Marine and Petroleum Geology, 2009, 26 (9), 1704-1715

4. G.Delisle, M.Teschner, E.Faber, B.Panahi, I.Guliyev, C.Aliyev. First approach in quantifying fluctuating gas emissions of methane and radon from mud volcanoes in Azerbaijan. AAPG Special Volumes, 2010, 93, 211-224

5. M.A.Floyd, F.A.Kadirov, A.Alizada, I.Guliyev, R.E.Reilinger, S.Kuleli, R.W.King, ... Kinematics of the Main Caucasus Thrust near Baku, Azerbaijan. AGU Fall Meeting Abstracts, 2011, 1, 02

6. A.Kopf, G.Delisle, E.Faber, B.Panahi, C.S.Aliyev, I.Guliyev. Long-term in situ monitoring at Dashgil mud volcano, Azerbaijan: a link between seismicity, pore-pressure transients and methane emission. International journal of earth sciences, 2011, 99 (1), 227-240

7. F.Kadirov, M.Floyd, A.Alizadeh, I.Guliyev, R.Reilinger, S.Kuleli, R.King, ... Kinematics of the eastern Caucasus near Baku, Azerbaijan. Natural hazards, 2012, 63 (2), 997-1006

8. A.Alizada, E.Aliyeva, D.Huseynov, I.Guliyev. The Elemental Stratigraphy of the South Caspian Lower Pliocene Productive Series. STRATI, 2013, 827-831

9. G.S.Martynova, A.A.Aliev, F.R.Babaev, I.S.Guliyev.Nanocolloid structures in crude oils from the mud volcanoes of Azerbaijan. Geochemistry International, 2013, 51 (9), 764-766

10. M.A.Afandiyeva, I.S.Guliyev. Maikop Group-Shale Hydrocarbon Complex in Azerbaijan. 75th EAGE Conference & Exhibition incorporating SPE EUROPEC, 2013

11. R.A.Askerova, I.S.Guliyev. The 3D Petrophysical Models of Mishovdagh and Neftchala Oil and Gas Fields (Lower Kura Basin). 75th EAGE Conference & Exhibition incorporating SPE EUROPEC,2013.

12. V.Yu. Lavrushin, I.S. Guliev, O.E. Kikvadze, Ad.A. Aliev, B.G. Pokrovsky, B.G. Polyak, 2015- "Waters from Mud Volcanoes of Azerbaijan: Isotopic–Geochemical Properties and Generation Environments", published in Litologiya i Poleznye Iskopaemye, 2015, No. 1, pp. 3–29.

13. I.S. Guliyev, D.A. Huseynov, 2015, "Relics of Mud Volcanoes in the Sedimentary Cover of the South Caspian Basin", published in Litologiya i Poleznye Iskopaemye, 2015, No. 4, pp. 350–361.

14. Ad.A. Aliyev, I.S. Guliyev, F.G.Dadashev, R.R. Rakhmanov - "The Atlas of World's mud volcanoes", Sandro Teti Editore, 2015.

15. Akif Alizadeh, Ibrahim Guliyev, Fakhraddin Kadirov, Lev Eppelbaum - "Geological-Geophysical Investigations in Azerbaijan", 2015, Springer43.

16. В.Ю.Керимов, И.С.Гулиев и др. "Прогнозирование нефтегазоносности в регионах со сложным геологическим строением", Недра, г. Москва, 2015 - 404 c.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Amerika neftçi-geoloqlar assosiasiyasının Azərbaycan bölməsinin prezidenti 
Pedaqoji fəaliyyəti Rusiya Dövlət Universiteti (Moskva), “Neft və qaz” kafedrası; Azərbaycan Dövlət Neft Akademiyası, geoloji-kəşfiyyat fakültəsi
Digər fəaliyyəti  
Təltif və mükafatları Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi – 2008;

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı – 2010;

Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü – 2014.

“Şöhrət” ordeni - 2017
İş yeri və ünvanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 10
AMEA Neft və Qaz İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H. Cavid pr., 119. 
Vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Neft və Qaz İnstitutunun direktoru

Xidməti tel. (+994 12) 4923243 
Mobil tel.  
Ev tel. (+994 12) 4540705 
Faks (+994 12) 4925699
Elektron poçtu ibrahim.guliyev@science.az;

i.s.guliyev@gmail.com