Həşimli Hüseyn Məmməd oğlu

 

Veb-sayt     
Anadan olduğu yer Azərbaycan Respublikası, Naxçıvan  MR, Culfa rayonu, Teyvaz  kəndi 
Təvəllüdü 25.08.1965
Bitirdiyi ali təhsil müəssisəsi Naxçıvan Dövlət Pedaqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti),  Azərbaycan dili və ədəbiyyatı ixtisası 
Elmi dərəcəsi Filologiya üzrə elmlər doktoru  
Elmi rütbəsi Professor  

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad



571601; 571501

Azərbaycan ədəbiyyatı; Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid

Azərbaycan ədəbiyyatında sentimentalizm  

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



571601; 571501

Azərbaycan ədəbiyyatı; Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid

Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar  

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

375  (29  kitab,  346  elmi məqalə)

 

42  (4 kitab,  38 elmi məqalə)

 

34 

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


Əsas elmi nailiyyətləri XX əsr Azərbaycan ədəbiyyatının bir sıra öyrənilməmiş sahələrinin ədəbi-tarixi və nəzəri aspektdə tədqiqinə, ədəbi əlaqələrə, mətbuat tarixinə, unudulmuş yazıçıların yaradıcılığına dair  çoxsaylı tədqiqatların müəllifidir. 

Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanının mövcudluğunu ilk dəfə elmi baxımdan  əsaslandırmış, onun təşəkkülü, inkişaf problemləri və aparıcı nümayəndələrinin yaradıcılığını, o cümlədən unudulmuş sentimentalistlərin ədəbi irsini hərtərəfli şəkildə tədqiq etmişdir.

Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrların (himn, marş, sonet, sonetlər çələngi, terset, tersina, ballada, mənsur şeir, qlossa və s.) təşəkkül tarixini, inkişaf xüsusiyyətlərini, çoxsaylı nümunələrini, həmçinin milli ədəbi təcrübə ilə sintezini ilk dəfə sistemli şəkildə araşdırmışdır.

Bakıda nəşr olunmuş “Yeni füyuzat” (1910-1911) və “Şeypur” (1918-1919) jurnallarının bütün nömrələrini transliterasiya edərək ayrı-ayrı kitablar şəklində çap etdirmişdir. Məhəmməd Hadi, Abdulla Sur, Abdulla Divanbəyoğlu, Abbas Səhhət, Əli Səbri, Bağır Cabbarzadə, Əlipaşa Səbur Hüseynzadə, Əli Məhzun, Əliabbas Müznib, Ələkbər Qərib Naxçıvanlı, Nemət Bəsir, Əli Nazim, Eynəli bəy Sultanov, Səid Səlmasi, Məmmədəli Sidqi və s. ədiblərin müxtəlif  kitablarda və dövri mətbuatda nəşr olunmuş bir sıra əsərlərini də toplayıb ilk dəfə transliterasiya edərək müasir oxuculara çatdırmış, həmçinin onları tədqiqata cəlb etmişdir. 
Elmi əsərlərinin adları Xarici ölkələrdə nəşr olunmuş kitabları:

1.Azerbaycan mensur şiirinin tarihi. Ankara: Gündüz kitap evi, 2007, 112 s.

2.Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar. Ankara: Kültür ajans, 2009, 160 s.

3.Азербайджанское стихотворение в прозе. Москва: Спутник+, 2011, 70 с.

4.Пути развития азербайджанского  стихотворения в прозе. Севастополь: Дельта,  2011, 92 с.

Azərbaycanda nəşr olunmuş kitabları:

5. Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrə­dil­məsi. Bakı: APİ mətbəəsi, 1990, 25 s. (Y.Axund­ov ilə birgə)

6. Bağır Cabbarzadə. Bir yetimin naləsi (çapa hazırlama və ön söz). Bakı: ADPU mətbəəsi, 1997, 25 s. (M.Cəfərli ilə birgə)

7. Xalq yazıçısı Hüseyn İbrahimov-80 (təbriklər, məqalələr, xatirələr toplusu) – (toplama, tərtib, çapa hazırlama, redaktorluq).  Bakı: Yurd, 1999, 126 s.

8. XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar. Bakı: Elm, 2002, 80 s.

9. Azərbaycan poeziyasında sonet və terset. Bakı: Elm, 2003, 312 s.

10. Əlabbas Müznib. Ürək yanğısı (çapa hazırlama və ön söz). Bakı: Nurlan, 2004, 12 s.

11. Əlipaşa Səbur Hüseynzadə. Zümzümə. Düşüncə yarpağı (toplama, çapa hazırlama, ön söz). Bakı: Nurlan, 2004, 72 s.

12. Azərbaycan mənsur şeirinin təşəkkülü. Bakı: Nurlan, 2006, 144 s.

13. Əli Səbri. Bakı: Nurlan, 2007, 142 s.

14. Əli Məhzun və “Ədəbiyyata dair” əsəri. Bakı: Nurlan, 2009, 80 s.

15. Azərbaycan ədəbi mühiti və türk dünyası. Bakı: Mütərcim, 2009, 200 s.

16. Avropa lirik janrları və Azər­baycan ədəbiyyatı. Bakı: Elm və təhsil,2009,444 s.

17. “Yeni füyuzat” jurnalı (1910-1911-ci illər). (çapa hazırlama və ön söz). Bakı: Elm və təhsil, 2010, 448 s.

18. Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri. Bakı: Elm və təhsil, 2012, 92 s.

19. Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir. Bakı: Elm və təhsil, 2012, 220 s.

20. Səid Səlmasi. Bakı: Elm və təhsil, 2013, 228 s.

21. Məmmədəli Sidqi və  “Şeypur” jurnalı. Bakı: Elm və təhsil, 2014, 96 s.

22.“Şeypur” jurnalı (1918/1919-cu illər).(çapa hazırlama və ön söz). Bakı: Elm və təhsil, 2014, 280 s.

23. İzzəddin Həsənoğlunun ədəbi irsi. Bakı: Elm və təhsil, 2016, 136 s

24. “Şeypur” jurnalı və ədəbi-tarixi həqiqətlər. Bakı: Elm və təhsil, 2017, 168 s.

25. Azərbaycan dilində lirik poeziyanın inkişaf yolu (XIII əsr-XIV əsrin əvvəlləri). Bakı: Elm və təhsil, 2017, 128 s.

26. Azərbaycan Xalq Cümhuriyyəti dövründə satirik poeziya. Bakı: Elm və təhsil, 2017, 104 s.

27. Bir tərcümənin taleyi. Bakı: Elm və təhsil, 2018, 80 s.

28. Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı. Bakı: Elm və təhsil, 2019, 144 s.

29. Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı. Naxçıvan: Əcəmi, 2020, 208 s.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  AMEA nəzdində “Yeni dövr Azərbaycan ədəbiyyatı  və ədəbiyyat nəzəriyyəsi” üzrə Koordinasiya Şurasının üzvü

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini

Pedaqoji fəaliyyəti Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, professor  (1986-2019-cu illər), dekan müavini (1998-2003-cü illər), tədris işləri üzrə prorektor (2003-2011-ci illər) kimi fəaliyyət,  hazırda saathesabı yolla müəllimlik  
Digər fəaliyyəti  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azərbaycan Jurnalistlər Birliyinin üzvü 
Təltif və mükafatları Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Xatirə qızıl medalı (2013)

“Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı  (2007)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı (2004)

“Azərbaycan və Türkiyə ədəbiyyatlarına xidmət ödülü” (Türkiyə, 2007)

Naxçıvan Dövlət Universiteti üzrə  “İlin alimi”  (2012)

Əsas iş yeri və ünvanı AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu,   AZ7000,  Naxçıvan şəhəri,  Heydər Əliyev prospekti  76 
Vəzifəsi Elmi işlər üzrə direktor  müavini 
Xidməti tel. (+994 36)  5440090  
Mobil tel. (+994 50)  3049040  
Ev tel. (+994 36)  5447671 
Faks  
Elektron poçtu huseyn.hashimli@mail.ru