Xəlilov Rahid Süleyman oğlu

 

Veb-sayt     
Anadan olduğu yer Azərbaycan Respublikası, Masallı rayonu, Kəlbəhüseynli kəndi
Təvəllüdü 13.08.1954
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti
Elmi dərəcəsi Fəlsəfə üzrə elmlər doktoru
Elmi rütbəsi Professor

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-ixtisas şifri

-ixtisasın adı

-mövzunun ad

 


5716.01

Azərbaycan ədəbiyyatı

Müasir Azərbaycan fəlsəfi lirikası

Doktorluqdissertasiyasının mövzusu:

-ixtisas şifri

-ixtisasın adı

-mövzunun adı

 


7207.01

Sosial fəlsəfə

Qloballaşma və harmoniya fəlsəfəsi

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-xaricdə çıxmış elmi əsərlərinin sayı

-beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

205


6


1
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-fəlsəfə doktorlarının sayı

-elmlər doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri Müasir Azərbaycan fəlsəfi poeziyasının tədqiqi

“Humanitariya metasistemi” təhsil layihəsi

“Mədəniyyətlərin İpək Yolu” kulturoloji layihəsi

Harmoniya fəlsəfəsinin sistemli tədqiqi

Harmoniyanın universal prinsiplərinin təyin edilməsi

Harmoniya fəlsəfəsinin bəşəriyyətin qlobal problemlərinin sistemli öyrənilməsinin metodoloji əsası kimi konstatasiyası

Humanitar elmlər sistemində sivilizasiya hadisəsini öyrənən yeni elm sahəsinin – sivilizasiologiyanın  nəzəri-konseptual istiqamətinin işlənməsi

Fəlsəfi-kulturoloji tədqiqatlarda qlobalistik-sivilizasioloji yanaşma prinsiplərinin əsaslandırılması

Qlobal sivilizasiyaya doğru dünya inkişafının fəlsəfi paradiqmalarının işlənməsi

Planetar inkişafın diasinxroniya qanunauyğunluğunun konstatasiyası

Məkanca genişlənmə, zamanca intensivləşmə qanunauyğunluğunun konstatasiyası 

Şərq və Qərb sivilizasiyaları meqasisteminin işlənməsi

Homouniversalizm konsepsiyasının irəli sürülməsi

Türk sivilizasiyasının sistemli tədqiqi

Müasir Azərbaycan tənqidinin sistemli tədqiqi Heydər Əliyevin siyasi fəaliyyəti və irsinin qlobal siyasət kontekstində tədqiqi

Elmi əsərlərinin adları 1.Müasir Azərbaycan fəlsəfi lirikası (rusca) Bakı: Elm, 1985

2.Rəsul Rza poeziyası. Bakı: Yazıçı, 1987

3.Qloballaşma çağında milli özünüdərketmə və geostrategiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2002

4.Qloballaşma prosesində ABŞ-Türkiyə-Azərbaycan münasibətləri və buna Rusiyadakı fəlsəfi-politoloji yanaşma (türkcə) // 2023 futuroloji dergisi, Ankara, 2003, Dekabr.

5.Mədəniyyətlərin İpək Yolu: Azərbaycandan dünya məkanına. Bakı: Təhsil, 2003

6.Mədəniyyət və Texnosivilizasiya. Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2003

7.Qloballaşma və Türk sivilizasiyası. Bakı: Çaşıoğlu, 2005

8.Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı: Elm, 2005

9.İslam Şərqi və Qərb Renessansı mədəniyyətlərində harmoniya fəlsəfəsi (rusca) // Проблемы восточной философии, 2005-2006, № 1-2

10.Sivilizasiologiya yeni elm sahəsi kimi (ingiliscə) // Азербайджан в мире, 2006, № 1

11.Qloballaşma və Türk sivilizasiyası (ingiliscə) // Азербайджан в мире, 2006, № 1 

12.Kainat – Hüceyrə, Hüceyrə – Kainatdır. Bakı: Sabah, 2008

13.Qlobal sivilizasiyaya doğru dünya inkişafının paradiqmal düşünülməsi  (ingiliscə) // Proceedings of the XXII World Congress of Philosophy. Social and Political Philosophy, 2008, Volume 50, p.321-330

14.Homouniversalizm // Third Global Civilization World Congress (Web Conference) (ingiliscə və çincə). http://www.opgc.net/cn/3rd/3rd_World_read2.htm

15.Avrasiyanın sivilizasiya təkamülündə türklər (ingiliscə)   // Problems of Art and Culture. International Scientific Journal, Baku, 2009, №4 (30)

16.Esseistika. Bakı: Avropa, 2009

17.Müasir Azərbaycan tənqidi. Bakı: Elm, 2009

18.Həyat və düşüncə ritmləri. Bakı: Çaşıoğlu, 2009

19.Ustad Rəsul Rza. Fəlsəfə və Poeziya: Dünya və Azərbaycan klassikasında onların vəhdəti. Bakı: Letterpress, 2010

20.Harmoniya fəlsəfəsi və Yeni Dünya Nizamının prinsipləri (ingiliscə) // ICCEES VIII World Congress. Eurasia: Prospects for Wider Cooperation. Abstracts. 2010, July 26-31, Stockholm, Sweden, p.129

21.Heydər Əliyev və Azərbaycan-Dünya Münasibətləri: siyasətdən mədəniyyətədək. Bakı: İdeal-Print, 2010   

22.Homouniversalizm çoxsivilizasiyalı dünyanın inteqral ideyası kimi (ingiliscə) // International Journal of Arts and Sciences (IJAS), 2011, Vol. 4, No.23

23.Qloballaşma və müasir ədəbiyyatın fəlsəfi-estetik problemləri. Bakı: Qoliaf Qrup, 2012

24.Dünya sisteminin harmonik inkişafına metafəlsəfi yanaşma  (ingiliscə) / XXIII World Congress of Philosophy, Philosophy as İnquiry and Way of Life. Athens, 4 – 10 August, 2013, School of Philosophy, National & Kapodistrian University of Athens, Greece, p. 338

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  1.Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Dissertasiya Şurasının üzvü

2.Azərbaycan Yazıçılar Birliyinin üzvü

3.Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü 

4.Biokosmologiya Assosiasiyasının  Təşkilat Komitəsinin (BKA, Rusiya) üzvü

5.Biokosmologiya Assosiasiyasının Asiya üzrə vitse-prezidenti

6.“Biokosmologiya – neo-Aristotelizm” (“Biocosmology – neo-аristotelism”) jurnalının Redaksiya Heyətinin üzvü
Pedaqoji fəaliyyəti Qərb Universiteti (2005-2007)
Digər fəaliyyəti  “Qlobalistika və Sivilizologiya” Elmi Araşdırmalar İctimai Birliyinin sədri
Təltif və mükafatları 1. Keçmiş SSRİ Təhsil Nazirliyinin medalı (1990)

2. Azərbaycan Respublikası Prezidentinin təqaüdü (2009)

Əsas iş yeri və ünvanı AMEA Nizami adına Ədəbiyyat İnstitutu, AZ1073, Bakı ş., Hüseyn Cavid prospekti, 115
Vəzifəsi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi
Xidməti tel. (+994 12) 5372433 
Mobil tel. (+994 50) 3709276
Ev tel. (+994 12) 5023281
Faks  
Elektron poçtu uluselrahid@yahoo.com