Allahverdiyev Süleyman İfxan oğlu

 

Anadan olduğu yer Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kəndi   
Təvəllüdü 01.08.1950
Bitirdiyi ali təhsil müəssisəsi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi 
Elmi dərəcəsi Biologiya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



03.00.02

Biofizika

Ali bitkilərdə və yosunlarda fotosistem 2 reaksiya mərkəzlərində feofitinin fotobərpası 
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



03.00.12

Bitki fiziologiyası və biokimyası

Fotosistem 2-nin funksional təşkili və inaktivləşməsi 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

500-dən çox elmi əsər və 8 kitab

 

426

 

245

 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 

8

Əsas elmi nailiyyətləri

Thomson Reuters agentliyinin 2016-ci il üçün reytinqinə uyğun olaraq (Web of Science məlumatları əsasında) müəllif "Biologiya" nominasiyasında Rusiyada ən çox istinad olunan alimi seçilib (bax: http://fano.gov.ru/ru/press-center/card/?id%204=37655 ;

əlavə bax

http://scholar.google.ru/citations?user=rjzSITcAAAAJ&hl=en;

https://www.researchgate.net/profile/Suleyman_Allakhverdiev2

Müəllif tərərfindən fotosistem 2 (FS-2) elektron-nəqliyyat zəncirin əsasında duran ilkin mexanizmləri araşdırılmış, feofitin molekulunun FS-2 reaksiya mərkəzində aralıq akseptoru olduğu tapılmış, və təsdiq edilmişdir. Feofitinin iştirakı ilə fotosintez zamanı elektron daşınmasının enerji və kinetik sxemi təklif olunub və bu məlumat bütün dünyada fiziki-kimyəvi biologiya dərsliklərinə daxil edilib.

DNT-mikroçiplərindən və fiziki-kimyəvi biologiya metodlarından istifadə etməklə bitkilərin fotosintetik aparatının ətraf mühitin əlverişsiz şəraitinə uyğunlaşmasının molekulyar mexanizmləri öyrənilib.

Hal- hazırda nanobiotexnologiya sahəsində yeni istiqamət olan - alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin alınması məqsədilə zülal sistemlərindən istifadə etməklə süni fotosintez sisteminə dair tədqiqatlar uğurla davam etdirilir.

Elmi əsərlərinin adları http://www.cellreg.org/Suleyman_publist.php saytına bax
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  Amerika kimyaçılar cəmiyyətinin üzvü;

Fotositez tədqiqatçıları beynəlxalq cəmiyyətinin üzvü;

Rusiya Fotobioloqlar cəmiyyətinin üzvü;

Rusiya Bitki fizioloqları çəmiyyətinin üzvü;

Rusiya Biokimyaçılar və Molekulyar bioloqlar cəmiyyətinin üzvü 
Pedaqoji fəaliyyəti

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasının professoru;

Moskva fiziki-texniki institutunun biologiya və tibbi fizika fakültəsinin professoru.  
Digər fəaliyyəti 

Rusiya Elmlər Akademiyasının (REA), Bitki fiziologiyası İnstitutunun İdarəolunan fotobiosintez laboratoriyasının rəhbəri, Moskva;

REA Biologiyanın fundamental problemləri İnstitutunda baş elmi işçi, Puşino, Moskva vilayəti;

Koreya elmi-texniki institutununa dəvət olunmuş adjunkt professor, Daequ, Koreya Respublikası;

«International Journal of Hydrogen Energy» (Elsevier) jurnalının redaktor müavini;

«Photosynthesis Research» (Springer) jurnalının redaktor müavini;

«BBA Bioenergetics» (Elsevier) jurnalının redaktor müavini;

«Functional Plant Biology» (CSIRO Publishing) jurnalının redaktor müavini;

«Photosynthetica» (Springer) jurnalının redaktor müavini;

15 beynəlxalq jurnalların redkollegiya üzvü 
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı Molekulyar Biologiya və Biotexnologiyalar institutu, AZ1073, Bakı şəh., Mətbuat prospekti, 2A 
Vəzifəsi Bionanotexnologiya laboratoriyasının müdiri 
Xidməti tel.  
Mobil tel. +7 925 1316996 
Ev tel.  
Faks (+994 12) 5102433 
Elektron poçtu suleyman.allakhverdiev@gmail.com