"AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti

Veb-sayt www.ameaytp.az                       
Ünvan AZ1032, Bakı ş., Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçə,9 
Tel. (+994 12) 3766756
Faks (+994 12) 3766756
Elektron poçtu info@ameaytp.az
Direktor Vüqar Amin oğlu Babayev

Aqrar elmlər üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5704110

E-poçt: v.babayev@ameaytp.az

Direktor müavinləri Elxan Şıxbala oğlu Bayramov

Aqrar elmlər üzrə fəlsəfə doktoru

Ümumi işlər üzrə direktor müavini

Xidməti tel.: (+994 12) 3769736

E-poçt: e.bayramov@ameaytp.az

Məmməd Elxan oğlu Bağırzadə

Beynəlxalq əlaqələr üzrə direktor müavini

Xidməti tel.: (+994 12) 5392803

E-poçt: m.baghirzada@ameytp.az 

Yaranma tarixi  Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. AMEA Yüksək Texnologiyalar Parkının yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. 
Əsas fəaliyyət istiqamətləri AMEA Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. AMEA Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi texnoparkın əsas fəaliyyət istiqamətidir. 
İşçilərinin ümumi sayı 21
Struktur bölmələri Maliyyə və iqtisadi təhlil şöbəsi

Hüquq və kadrlar şöbəsi

Ümumi şöbə

Texnologiya transferi şöbəsi

Marketinq və beynəxalq əlaqələr şöbəsi

Nəzarət və təsərrüfat şöbəsi

Biznes İnkubasiya şöbəsi

Mərkəzləşdirilmiş analitik laboratoriya

YTP-nın rezidentləri Təcrübə-Sənaye Zavodu

“Elm və Texnologiya Parkı” MMC

“Millers oils Azerbaijan” MMC

“Agro Bio Eco Tech” MMC

Müşahidə şurası

-       sədr

-       katib

-       üzvləri                 

 

Akademik Akif Əlizadə - AMEA-nın prezidenti

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov - AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi

Akademik Dilqəm Tağıyev - AMEA-nın vitse-prezidenti

AMEA-nın müxbir üzvü Misir Mərdanov - AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru

S.e.d. Fətəli Abdullayev - AMEA İşlər idarəsinin müdiri

Ekspert şurası

-       sədr

-       katib


-       üzvləri


Akademik İbrahim Quliyev - AMEA-nın vitse-prezidenti

Akademik Vaqif Fərzəliyev – AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru

Akademik Telman Əliyev - AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Bağır Süleymanov - SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun neft və qaz hasilatı üzrə direktor müavini

Emil Məmmədov - Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin inzibati departamentinin direktoru

Texnika üzrə fəlsəfə doktoru, polkovnik Elşən Həşimov - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin rəisi

Yaqub Həsənov - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin Ağır sənaye və maşınqayırma sektorunun müdiri

İctimaiyyətlə əlaqələrə məsul şəxs Sevda Eldar qızı Həmzəyeva 
Elmlər doktorları

Fəlsəfə doktorları