Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

 

Veb-sayt

www.kqkiamea.az

 
Ünvan AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 113
Tel. (+994 12) 5399382

(+994 12) 5393871

(+994 12) 5397756

Faks (+994 12) 5108593
Elektron poçtu

kqki@kqki.science.azchem@science.az

Direktor Akademik Dilqəm Bəbir oğlu Tağıyev

Xidməti tel.: (+994 12) 4921556; (+994 12) 4927581; (+994 12) 5399382

Faks: (+994 12) 4921556 

E-poçt: director@kqki.science.az

Direktor müavinləri AMEA-nın müxbir üzvü Məhəmməd Baba oğlu Babanlı

Xidməti tel.: (+994 12) 5387756 

Mobil tel.: (+994 51) 8378621 

E-poçt: deputy_directors@kqki.science.az

Elmi katib Mina Kərim qızı Munşiyeva

Kimya üzrə elmlər doktoru

Xidməti tel.: (+994 12) 5108591

Mobil tel.: (+994 50 ) 5784587 

E-poçt: scientific_secretary@kqki.science.az

Yaranma tarixi  Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun tarixi  sələfi olan Kimya İnstitutu 1935-ci ildə SSRİ Elmlər Akademiyasının yeni təsis edilmiş Azərbaycan filialının nəzdində yaradılmışdır. 1965-ci ildə Kimya İnstitutunun adı dəyişdirilərək Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutu adlandırılmış və elə həmin ildə Neft-Kimya Prosesləri İnstitutunda akademik Murtuza Nağıyevin rəhbərliyi altında fəaliyyət göstərən «Nəzəri problemlər şöbəsi» əsasında Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Prob¬lemləri İnstitutu təşkil olunmuşdur. 2002-ci ildə bu iki İnstitut birləşdirilərək onların bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan  MEA akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutu yaradılmışdır. Azər-baycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarına əsasən İnstitutun adı yenidən dəyişdirilmiş və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu adlandırılmışdır.
Əsas fəaliyyət istiqamətləri - katalizin fundamental əsaslarının inkişaf etdirilməsi;

- karbohidrogenlərin çevrilməsi, qaz kimyası və ətraf mühitin qorunması üçün səmərəli katalizatorların və adsorbentlərin işlənib hazırlanması;

- kimyəvi proseslərin kinetika və mexanizminin öyrənilməsi, modelləşdiril- məsi və optimallaşdırılması;

- müxtəlif təyinatlı funksional materialların, nanokompozitlərin, molekulyar maqnetiklərin və keçiricilərin sintezi;

- yerli mineral xammalın emalı və praktiki əhəmiyyətli qeyri-üzvi birləşmələrin alınması üçün səmərəli proseslərin yaradılması, hidrotexniki qurğuların korroziyadan  mühafizəsi.

Əsas elmi nəticələr

Azərbaycanın mineral xammalının (poli­metal filizlər, gillər, seolitlər və s.) kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır;

Müəyyən xassələrə malik (foto-, termo­elektrik, maqnit və tibbi-bioloji) yeni qeyri-üzvi birləş­mələr və bərk məhlullar sintez edilmişdir;

Alifatik spirtlərin aldehidlərə, turşulara və mürəkkəb efirlərə birbaşa oksidləşdirici çevrilmə reaksiyaları üçün yüksək aktivliyə və selek­tivliyə malik seolit katalizatorlarının hazırlan­masının elmi əsasları yaradılmışdır.

Koherent-sinxronlaşdırılmış reaksiyalar nəzəriy­yəsi yaradılmış və mürəkkəb reak­siyaların yeni kinetik təhlil üsulu təklif edilmişdir.

Katalaza və peroksidaza fermentlərinin əsas xarakterik funksiyalarını  imitasiya edə bilən immobilizə olunmuş dəmirporfirin tərkibli biomimetik katalizatorlar əsasında biomi­metik sensorlar işlənib hazırlanmışdır.

Metal yarımkeçirici örtüklərin və təbəqələrin elektrokimyəvi alınma üsulları işlənib hazır­lanmış, müxtəlif səthlər üçün mühafizə vasitələri yaradılmışdır;

Kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlən­məsinin yeni prinsipləri işlənib hazırlan­mışdır;

Xelat əmələ gətirən liqandlarla keçid metalların stabil nitroksil radikal tərkibli kompleksləri sintez edilmiş, onların molekulyar və kristallik quruluşu öyrənil­mişdir.

- Smart biomimetik material və yarımkeçirici (Si) əsasında hazırlanmış biomimetik sensor yüksək aktivliyi, həssaslığı və davamlılığı ilə H2O2-in məhlulda qatılığını 10-6 küt.%-ə qədər təyin etməyə imkan yaradır.

- Krekinq və piroliz qazlarının emalı kompleksinin optimal layihələşdirilməsi misalında kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimal layihələşdirilməsi üçün kompleksin uzlaşdırılmış kütlə və istilik axınlarının təyininə əsaslanan yeni metod işlənib hazırlanmışdır.

- Müəyyən edilmişdir ki, ШХ15 poladı səthində termodiffuziya üsulu ilə formalaşdırılmış Cr-Ti karbid örtüyünə molibdenin daxil edilməsi korroziya və eroziyaya davamlılığı artırır və pittinq əmələgətirmə potensialını 200 mV müsbət tərəfə sürüşdürür.

- Doksorubisin antibiotikinin bioloji aktivliyini uzun müddət saxlamaq məqsədilə onun immobilizasiyası üçün daşıyıcının tərkibində 14-18 nm ölçülü gümüş nanohissəcikləri olan poli-N-vinilpirrolidon və qummiarabik əsaslı nanobiokompozitlər sintez olunmuşdur.

-Daşkəsən Filizsaflaşdırma kombinatının tullantılarından qiymətli metalların çıxarıl-ma¬¬sı¬¬nın optimal parametr və rejimləri müəyyən edilmiş, Azərbaycanda ilk dəfə olaraq filiz tullantılarından təbiətə ziyan vurmadan faydalı metalların yuma üsulu ilə hasilat texnologiyası işlənib hazırlanmışdır.

- Ağır p-elementlər əsasında topoloji izolyator xassəli qarışıq laylı bəzi telluridlərin mükəmməl monokristalları yetişdirilmiş, beynəlxalq kollaboratorlarla birgə tədqiqat nəticəsində bu materialların terahers detektorlarda sahə-effekt tranzistorları kimi tətbiqinin mümkünlüyü müəyyən edilmiş və monokristallik layların nanopulcuqlarından yığılmış nanoantennalar əsasında skanedici sınaq qurğusu vasitəsilə müxtəlif qeyri-şəffaf obyektlərin daxili görüntülərinin yüksək keyfiyyətli təsvirləri alınmışdır.

- Mingəçevir su anbarının sualtı polad qurğularında mikrobioloji bakteriyaların və onların həyat fəaliyyətinin nəticəsi olan hidrogen sulfid korroziyası aşkar edilmişdir. Bu mikroorqanizmlər anaerob xassəli olub sudakı SO42- ionları ilə qidalanaraq H2S ifraz etməklə, pittinq korroziyasına səbəb olurlar.

- Üzvi batareyalarda elektrod materialı kimi perspektivli material olan dördəvəzli fenilendiaminlərin monomer və oliqomerlərinin, onların mis komplekslərinin alınma üsulları işlənib hazırlanmışdır.

- Sualtı obyektlərin aşkar edilməsi üçün geniş tezlik intervalına malik akustik antenaların hazırlanması məqsədi ilə poli-N-vinilpirrolidon və qummiarabik sopolimeri əsasında ölçüləri 7-9 nm olan yeni sinif pyezoelektrik gümüş nanokompozitləri alınmışdır.

- Acınohur titanmaqnetit konsentratının təbii qazla reduksiyası vasitəsilə və xitozan (0,01%) modifikatorundan istifadə etməklə titan 4-oksidin rutil və anataz formalarının istiqamətli sintezinin optimal rejimi və parametrləri müəyyən edilmiş və prosesin texnoloji sxemi hazırlanmışdır.

- Günəş batareyalarında istifadə edilən CdS birləşməsinin fotohəssaslığından daha yüksək fotohəssaslığa və daha geniş spektr sahəsinə malik Cd3As2S3Se3 birləşməsi sintez edilmiş, onun optiki və fotoelektrik xassələri öyrənilmiş və fotorezistor kimi günəş batareyalarında istifadə olunmasının perspektivliyi göstərilmişdir.

- Perflüorlaşdırılmış dəmirtetrafenilporfirin (per-FTPhPFe(III)OH/Al2O3) biomimetik kataliza¬torunun tsikloheksan və metiltsikloheksan qarışığının hidrogen peroksidlə oksidləşməsində tsikloheksana qarşı yüksək seçiciliyi müəyyən edilmiş və göstərilmişdir ki, prosesdə 2000C-də - 11.3% tsikloheksanon və 2300C-də - 23.2% tsikloheksen alınır.

- İlk dəfə olaraq bir mərhələli bərk fazalı reaksiya ilə mikrodalğa texnologiyasından və yerli xammal olan Daşkəsən maqnetitindən istifadə etməklə Ni, Co, Zn və Cu metallarının ferritləri alınmış və onların karbon monooksidin oksidləşməsində yüksək aktivliyi müəyyən edilmişdir.

- Nanoölçülü gümüş hissəcikləri saxlayan kvaternizə olunmuş poli-4-vinilpiridin hidrogel i əsasında sintez olunmuş kompozitlərdə doksisiklin antibiotiki immobilizə olunmuş və müəyyən edilmişdir ki, doksisiklin nano¬kompozitin tərkibində bioloji aktivliyini uzun müddət saxlayır və onun daşıyıcıdan tədricən ayrılması azı 48 saat ərzində müşahidə olunur.

- Elektrokimyəvi yolla anodda oksidləşmiş nanoməsaməli Al2O3 daxilində n-tip CdS nanotellər çökdürülmüş və alınan strukturun üzərinə CdTe nazik təbəqəsi çökdürülərək yeni nəsil Günəş çevriciləri üçün n-CdS/p-CdTe hetrokeçidləri yaradılmışdir.

İşçilərinin ümumi sayı Ümumi işçilərin  sayı - 475, elmi işçi-292,  o cümlədən 5 akademik, 5 müxbir üzv, 35 elmlər doktoru, 139 (kimya və texnika üzrə) fəlsəfə  doktoru  çalışır. 
Struktur bölmələri  

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

Tağıyev Dilqəm, direktor, akademik

Babanlı Məhəmməd, dir.müavini, müxbir üzv

Munşiyeva Mina, elmi katib, k.ü.e.d.

Ağadadaş Əliyev, akademik

Tofik Nağıyev, akademik

Arif Əfəndi, k.ü.e.d., prof.

Arif Heydərov, k.ü.e.d., prof.

Akif Əliyev, k.ü.e.d., b.e.i.

Asif Məmmədov, k.ü.e.d., prof.

Elza Salahova, k.ü.e.d., b.e.i.

Eldar Zeynalov, k.ü.e.d., prof.

Esmira Quluzadə, k.ü.f.d., b.e.i.

Əli Nuriyev, müxbir üzv, k.ü.e.d., prof.

Əli Yaqubov, k.ü.e.d., b.e.i.

Əjdər Məcidov, akademik

Fikrət Sadıxov, t.ü.e.d., prof.

Faiq Məmmədov, k.ü.f.d., dos.

Gülməmməd Süleymanov, k.ü.e.d., prof.

İxtiyar Bəxtiyarlı, k.ü.e.d., prof.

İltifat Lətifov, k.ü.e.d.

İmir Əliyev, k.ü.e.d., prof.

Qüdrət Kəlbəliyev, müxbir üzv, t.ü.e.d., prof.

Mübariz Əhmədov, müxbir üzv, t.ü.e.d., prof.

Mirsəlim Əsədov, k.ü.e.d., prof.

Nəhməd Əli-zadə, k.ü.e.d., dos.

Nizami Zeynalov, k.ü.e.d., b.e.i.

Rəna Mirzəyeva, t.ü.f.d., b.e.i.

Sevinc Məmmədova

Sərdar Zeynalov, k.ü.e.d., prof.

Nəhmət Əlizadə, k.e.d, dosent

Vaqif Əhmədov, k.ü.e.d., prof.

Vaqif Qasımov, k.ü.f.d., b.e.i.

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

k.ü.f.d., a.e.i , dosent Faiq Məmmədov

k.e.i Ülvi Nəcəf-Quliyev

k.ü.f.d, a.e.i Ülviyyə Məmmədova

k.e.i. Səriyyə Ağaməmmədova

k.e.i. Zaur Abdulayev

k.ü.f.d, b.e.i Ülvi Məmmədov

e.i. Sevinc Osmanova

k.e.i. Vüsal Əhmədov

e.i. Nuranə Məlikova

k.ü.f.d, b.e.i Şamo Tapdıqov

k.ü.f.d, b.e.i Nuranə Abbasova

k.e.i. Elmir Babayev

k.e.i. Elvin Cabarov

k.e.i. Gülşən Nəhmətova        

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

akademik Tağıyev Dilqəm Bəbir oğlu

AMEA-nın müxbir üzvü Babanlı Məhəmməd Baba oğlu

k.f.d. Əliyeva Sevər Ələkbər qızı

k.e.d. Abbasov Səfa İslam oğlu

k.e.d. Ağahüseynova Minirə Məmmədəli qızı

k.e.d. Bəxtiyarlı İxtiyar Bəhrəm oğlu

akademik Əliyev Ağadadaş Mahmud oğlu

AMEA-nın müxbir üzvü Əhmədov Mübariz Məcid oğlu

k.e.d. Əhmədov Vaqif  Məlik oğlu

k.e.d. Əfəndi Arif Cavanşir oğlu

k.e.d. İsmayılov Etibar Hümmət oğlu

AMEA-nın müxbir üzvü Kəlbəliyev Qüdrət İsfəndiyar

AMEA-nın müxbir üzvü Məcidov Əjdər Əkbər oğlu

k.e.d. Süleymanov Gülməmməd Ziyəddin oğlu

t.e.d. Sadıqov Fikrət  Məmməd oğlu

k.e.d. Sadıqov Fuad Mikayıl oğlu

k.e.d. Zeynalov Nizami Allahverdi oğlu

akademik Nağıyev Tofiq Murtuza oğlu

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

k.e.d., prof. Arif Əfəndi

k.e.d Elza Salahova

k.e.d. Dilbər Əjdərova

k.e.n., a.e.i Vaqif Qasımov

k.e.n., a.e.i. Aygün Rüstəmova

Könül Salmanova

İctimaiyyətlə əlaqələrə məsul şəxs Əsgərova Günel Məharət qızı
Elmlər doktorları 
Fəlsəfə doktorları