Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsi

Tel. (+994 12) 5392140
Faks  
Elektron poçtu bunyadkazymov1969@gmail.com
Struktur bölmənin rəhbəri Kazımov Bünyad Zinhar oğlu
Texnika elmləri üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri 

Karbohidrogenyataqlarının işlənil­məsinin təbii-texnoloji göstəricilərinin təyini üzrə hidroqaz­dinamiki hesablama üsul­la­rının yaradılması;

Karbohidrogenyataqlarının işlənilmə göstəricilərinin etibarlı proqnozunun həyata keçirilməsi məqsədilə müxtəlif işlənilmə rejimləri və texnoloji şəraitlərə uyğun layların və flüidlərin fiziki xassələrinin təyini üsullarının yaradılması;

Dərində yerləşən karbohidrogen yataqlarının işlənil­məsinin nəzəriyyəsi və təcrü­bə­sinin inkişaf etdirilməsi;

Respublikanın neftqazçıxarma kompleksinin karbohid­rogen ehtiyat baza­sının artım mənbələrinin aşkar­lanması və onların geoloji, texnoloji və iqtisadi baxımdan dəyərləndirilməsi;

Karbohidrogen yataqlarının işlənilməsinin səmərəli diaqnostik analiz üsul­la­rının işlənib hazırlanması;

Karbohidrogen ehtiyatlarının quyuların müxtəlif istismar şəraitlərində aktiv mənimsənilməsinin səmərəliliyinin yüksəl­dilməsi və qalıq karbohidrogen ehti­yat­larının işlənilməyə cəlb edilməsi üzrə səmərəli texniki-texnoloji yanaşma­ların işlənil­məsi və onların nəzəri və təcrübi əsaslan­dırılmasının aparılması;

Ehtiyatı çətin çıxarılabilən karbohidrogen yataqlarının işlənilməsinin innovasion üsullarının işlənib hazırlanması;

Karbohidrogen resurslarının dəyərləndirilməsi və onların mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilmə əsasında  opti­mal proqnozlaş­dırılması və idarə olunması məsələlərinin tədqiqi;

Neftqazçıxarma kompleksinin iqtisadi problemlərinin tədqiqi;

Həll edilən məsələlərin realizasiyası üzrə alqoritmlərin, proqramların və servis təminatlarının yaradılması;

Alınmış elmi-təcrübi nəticələr əsasında tətbiqi işlərin yerinə yetiril­məsi
Əsas elmi nəticələri

Çoxlaylı neft və qaz yataqlarının işlənməsinin layihələn­dirilməsi və tənzimlənməsinin idarə olunan işlənmə şəraitini yaratmaqla laylardan neftin və qazın daha dolğun çıxarılmasını təmin edən hidroqazodinamiki hesablama üsulları hazırlan­mışdır.

Süxurların relaksasiyalı və sürüngən­li deformasiyasını nəzərə almaqla tükənmə rejimində quyular şəbəkəsi ilə istismar olunan neft, qaz və neftqaz yataqlarının işlənməsinin texnoloji göstəricilərinin təyininin hidroqazodinamiki hesablama üsulları hazırlanmışdır.

Laya reagentləri ardıcıl vurmaqla temperaturun yüksəl­dilməsi əsasında neftin sıxışdırılmasının yeni texnologiyası təklif olunmuşdur ki, bu da su ilə sıxışdırma ilə müqayisədə layın son neftvermə əmsalını iyirmi faizədək artırır.

Neft-mədən avadanlıqlarının parafin və asfalt-qətran çökün­tülərindən təmizlənməsi yolu ilə hasilatın intensivləşdi­rilməsinin yeni texnologiyası hazırlanmış və  mədən şəraitində tətbiq edilmişdir.

Layın fiziki modelində neftin qeyri-izotermik süzülməsi tədqiq olunmuş və göstərilmişdir ki, süzülmə prosesində izotermikliyin qəbul edilməsi hasilatı xeyli azalda, quyular sayını və yatağın işlənmə müddətini artıra bilər.

Quyudibi təzyiqin bərpası məlumatlarından istifadə etməklə layların süzülmə-tutum parametrlərinin, süxurların relaksasiya və sürüngənlik xassələrinin təyini üçün effektiv üsullar hazır­lanmışdır.

Birgə istismar olunan layların hər birinin ayrılıqda süzülmə-tutum parametrlərinin və hasilatlarının quyudibi təzyiqin bərpa (və ya düşmə) əyrisindən, quyunun ümumi hasilat dinami­kasından istifadə etməklə və quyu lüləsində təzyiq itkilərini nəzərə almaqla təyininin yeni effektiv üsulu yaradılmışdır.

İqtisadi-riyazi modelləşdirmə və optimallaşdırma əsasında, regionda neftqazçıxarmanın inkişafının bütün mərhələlərinin uzun­müddətli proqnozlaşdırılması meto­dikası hazırlanmışdır.

Neftin sənaye əhəmiyyətli çıxarıla bilən ehtiyat artımı və ondan alınan hasilatla işlənən yataqlarda qazılan yeni quyulardan alınan hasilat arasında maksimum mənfəət meyarı əsasında optimal münasibətlərin təyin edilməsinə imkan verən iqtisadi-riyazi model işlənib hazırlanmışdır.

Geofiziki və axtarış-kəşfiyyat işlərinin optimal həcmlərinin və onların nisbətlərinin təyininə imkan verən stoxastik optimallaş­dırma məsələsi həll edilmişdir.

Yeni və uzun müddət istismar olunan yataqlar arasında investisiyanın paylanmasının optimal idarəetmə modeli hazırlan­mışdır.

Karbohidrogen resurslarının mənimsənilməsi prosesində risqin qiymətləndirilməsi və idarə edilməsi üçün yeni ümumləşdirilmiş üsul təklif olunmuşdur.

Bazar şəraitində karbohidrogen resurslarının mənimsənil­məsi­nin investisiya layihələrinin iqtisadi effektivliyini qiymətləndir­məyin metodologiyası təklif olunmuşdur.

Neftqazçıxarma kompleksi müəssisələri üçün birbaşa verginin optimal yükünün təyininin iqtisadi-riyazi modeli hazırlanmışdır.

Karbohidrogen ehtiyatlarının mənimsənilməsinin əlverişli strategiyasını müəyyən etməyə imkan verən tətbiqi proqram paketi hazırlanmışdır.

«Neftqazçıxarma terminlərinin izahlı lüğəti (rusca-ingiliscə-azər­bay­canca)» tərtib və çap edilmişdir.

Alınmış nəticələr əsasında 5 elmlər doktorluğu və 14 fəlsəfə doktorluq dissertasiyaları müdafiə edilmiş, 6 “Rəhbər sənəd” (təlimat və rəhbərlik) hazırlanmış və son iyirmi ildə 16 təsərrüfat müqaviləli elmi-tətdiqat işləri yerinə yetirilmişdir. Həmçinin, şöbə institutda Qaradağ, Cənub, Bahar, Palçıq Pilpiləsi, Bulla-dəniz, Pirallahı və s. yataqları üzrə aparılmış kompleks təsərrüfat müqaviləli işlərdə iştirak etmişdir.