Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu

 

Veb-sayt    
Ünvan AZ1073, Bakı ş., Mətbuat prospekti. 2A 
Tel. (+994 12) 5381164 
Faks (+994 12) 5102433 
Elektron poçtu  
Direktor Akademik İradə Məmməd qızı Hüseynova

(+994 12) 5381164

(+994 50) 3541606

huseynova-i@botany-az.org

iguseynova@mail.ru

Direktor müavinləri

Elmi işlər üzrə

Biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Çərkəz oğlu Məmmədov

Mobil tel.: (+994 70) 3298161

Faks: (+994 12) 5102433

E-poçt: amamedov_ib@co.uk

Ümumi işlər üzrə 

Natiq Allahverdiyev

Xidməti tel .: (+994 12)

Mobil tel .: (+994 50 ) 2272425

Elmi katib Biologiya üzrə fəlsəfə doktoru Durna Rəfail qızı Əliyeva

Xidməti tel.: (+994 12) 5108941

Mobil tel.: (+994 55) 4861652

Faks: (+994 12) 5102433                             

E-poçt: aliyeva-1965@inbox.ru

Yaranma tarixi  Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və 01 iyul 2016-cı il tarixindən institut müstəqil fəaliyyətə başlamışdır.

Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası 1971-ci ildə Botanika İnstitutunda akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Əvvəl qrup kimi fəaliyyətə başlanılmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir. 1983-cü ildə laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyası yaradılmışdır. 1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsi təşkil olunmuşdur. 2005-2010-cu illərdə şöbədə 4 yeni laboratoriya yaradılmış və onun adı isə dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır. 2012-ci ildə şöbənin nəzdində 2 beynəlxalq laboratoriya yaradılmışdır.

Əsas fəaliyyət istiqamətləri Fotosintez prosesində günəş enerjisinin elektrokimyəvi və metabolik çevrilmələrinin molekulyar mexanizmlərinin öyrənilməsi; Bitkilərin abiotik və biotik amillərə davamlılığının molekulyar mexanizmlərinin aydınlaşdırılması; Eukariot genomlarının təşkili və ekspressiyasının müqayisəli tədqiqi; Makromolekulyar quruluşların saflaşdırılma və yoxlanılma metodları; Molekulyar və hüceyrə biotexnologiyası yolu ilə kənd təsərrüfatı və insan sağlamlığı problemlərinin həlli yollarının araşdırılması. 
Əsas elmi nəticələr İlk dəfə olaraq bitki mənşəli karboanhidraza fermenti kristal şəkildə alınmış, fermentin struktur-funksional təşkili hərtərəfli öyrənilmiş və dördüncü quruluşunun molekulyar modeli təklif edilmişdir;

Ali bitkilərin tilakoid membranlarında piqment-zülal komplekslərinin topoqrafiya modeli təklif edilmiş və onların formalaşma və yığılma proseslərinin molekulyar-genetik mexanizmləri aydınlaşdırılmışdır;

Dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması haqda uzun illər mövcud olan təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast genotiplərlə müxtəlif üsullarla aparılan çoxillik təcrübələrlə sübut edilmişdir ki, fototənəffüs təkamül nəticəsində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır;

Xloroplast DNT-nin genom kitabxanası yaradılmış, yad genləri bitkilərə köçürmək üçün vektor sistemləri konstruksiya edilərək, transgen bitkilər alınmışdır;

İlk dəfə olaraq Azərbaycanda "Xromosom üzərində addımlarla" metodu vasitəsilə malat/sitrat simporter zülalını kodlaşdıran citS geninin nukleotid ardıcıllığı müəyyənləşdirilmiş və Stolbur qrupunun (XII) təyini üçün yeni Nested PZR test metodu hazırlanmışdır. İlk dəfə olaraq, 'Ca. P. solani' növünün Avropa və Aralıq dənizi ətrafı üçün endem hesab olunan müxtəlif izolyatları aşkar edilmişdir. İlk dəfə olaraq dünyada meyvə (armud) ağacının fitoplazmaları üçün növlərarası rekombinasiya müəyyən edilmişdir;

Azərbaycanda ilk dəfə olaraq 16S ribosom geninin sekvens analizi nəticəsində üzüm bitkisində 'Candidatus Phytoplasma solani' fitoplazma növü aşkar olunmuş və onun təhlükəli "Bois noir" xəstəliyini törətməsi müəyyən edilmişdir;

Yabanı və mədəni paxlalı bitkilərdə nanovirus xəstəliklərinin bir neçə Avropa ölkəsində birgə tədqiqi zamanı Gəncədən toplanmış noxud bitkisində elm üçün yeni nanovirus - Black medic leaf roll virus (BMLRV) identifikasiya edilmiş və onun tam genomu sekvens olunmuşdur. Azərbaycan və İspaniyadan götürülmüş lobya nümunələrində Faba bean necrotic yellow virusun (FBNYV) beş izolyatı və Azərbaycandan olan noxud, yaşıl noxud, mərcimək və lobya nümunələrində faba bean necrotic stunt virusun (FBNSV) dörd izolyatının tam sekvens olunması nəticəsində FBNSV nanovirusunun Avropada ilk dəfə identifikasiya olunması sübut edilmişdir;

Eb genoma malik Thinopyrum bessarabicum yabanı taxıl otu növünün 3Eb və 6Eb xromosomlarının identifikasiyası üçün yeni spesifik RAPD praymerləri müəyyən olunmuşdur;

Torpaq quraqlığı şəraitində becərilən buğda bitkisində ontogenezin bütün fazalarında sərbəst radikalların yaranma səviyyələri, antioksidant müdafiə sistemləri, fotosintetik membranların struktur-funksional vəziyyəti və molekulyar markerlərlə quraqlığa davamlılıq potensialının qiymətləndirilməsi əsasında buğdanın su qıtlığına adaptasiya mexanizmləri müəyyənləşdirilmişdir;

Bitkilərin RNT polimeraza II promorlarının axtarışı üzrə mövcud vasitələrə nisbətən 20% daha yüksək dəqiqliyə malik yeni TSSPlant kompüter proqramı yaradılmış və tədqiqatçıların sərbəst istifadəsinə verilmişdir http://www.cbrc.kaust.edu.sa/download/

Zəfəran (Crocus sativus L.) bitkisinin in vitro şəraitdə bir sınaq şüşəsində 10-25 zəfəran mikrosoğanağı almağa imkan verən yeni biotexnoloji çoxaldılma metodu işlənib hazırlanmışdır;

Süni şəraitdə becərilən Şirvan-Şah üzüm sortunun mikroklonal çoxaldılması zamanı morfogenezin xüsusiyyətləri öyrənilmiş, hormonal və qida mühitinin trofik amillərindən asılı olaraq müxtəlif becərilmə şəraitləri araşdırılmış, virus təbiətli patogenlərə qarşı yüksək yoluxma dərəcəsi müəyyən edilmişdir.

İşçilərinin ümumi sayı 112 
Struktur bölmələri Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi

Genomun quruluşu və ekspressiyası laboratoriyası

Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyası

Bitki biotexnologiyası laboratoriyası

Xloroplastların fotokimyası laboratoriyası

Bioinformatika laboratoriyası

Hüceyrənin membran sistemləri laboratoriyası

Bioadaptasiya laboratoriyası

Hüceyrənin tənzimləyici sistemləri laboratoriyası

Fotobioenergetika laboratoriyası

Hesablama struktur biologiyası laboratoriyası

Molekulyar biotexnologiya laboratoriyası

Proteomiks laboratoriyası

Bionanotexnologiya laboratoriyası

Molekulyar biomühəndislik laboratoriyası

Təhsil şöbəsi

Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri


İradə Məmməd qızı Hüseynova

Səftər Yusif oğlu Süleymanov

Durna Rəfail qızı Əliyeva

Asəf Ağacavad oğlu Salamov

Cavanşir Mütəllim oğlu Təlai

Ələmdar Çərkəz oğlu Məmmədov

Minaxanım Nazim qızı Əliyeva

Həsən Qərib oğlu Babayev

İbrahim Vahab oğlu Əzizov

İlham Əyyub oğlu Şahmuradov

İsmayıl Söhbət oğlu Zülfüqarov

Qərib Novruz oğlu Mürşüdov

Samirə Məhəmmədrəhim qızı Rüstəmova

Novruz Məhəmməd oğlu Quliyev

Səyyarə Cəmşid qızı İbadullayeva

Süleyman İfxan oğlu Allahverdiyev

Şahniyar Mikayıl oğlu Bayramov

Tərlan Həzərpaşa oğlu Məmmədov

Tofiq Hüsni oğlu Qaragözov

Ulduzə Əhməd qızı Qurbanova

Validə Mövsüm qızı Əli-zadə

Vidadi Məmmədağa oğlu Yusibov

Yaşar Mirzə oğlu Feyziyev
Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri

 

b.ü.f.d. Ulduzə Qurbanova

Rəfiqə Məsməliyeva

b.ü.f.d Ülkər İbrahimova

Ülkər İbrahimova

Bənövşə Bənnayeva

Ulduzə Qurbanova

Taliyyə Orucova

Günay İsmayılova

Əminə Abduləzimova

Hökümə Quliyeva

Könül Qasımova

Zibeydə Hacıyeva

Nahidə Əliyeva

Samirə Rüstəmova

Gülnarə Balakişiyeva

Nərgiz Sultanova

Lalə Aydınlı

Fəridə Babayeva

Səmra Mirzəyeva

Şəhriyar Sadıqov

Cəmilə Bayramova

Turanə İsgəndərova

Esmira İsmayılova

Rəfiqə Məsməliyeva

Aysel Mədədli

Gültəkin Babayeva

Mətin Kələntərli

Əsmər Hüseynova

Fidan Hüseynova

Gülnar Abdullayeva

Elşən Musazadə

Nərgiz Bayramova

Elxan Tahirli

Ülviyyə Mustafayeva

Aygün Abdullayeva

Turqut Mehdiyev

Cahangir Şəbiyev

Şəfəq Adışirinzadə

Aytən Ağayeva

Lalə Nemanlı

Naimə Niyazova

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri
 
Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Həsən Babayev

Fazilə Qasımova

Əminə Əbdüləzimova

Tofiq Qaragözov

Samirə Rüstəmova

Mahirə Məmmədova

Səftər Süleymanov

Fəzail Məmmədov

İctimaiyyətlə əlaqələrə məsul şəxs Minaxanım Əliyeva
Elmlər doktorları
Fəlsəfə doktorları