Əsas elmi nəticələri |
Müasir dövrdə Azərbaycan xalqında özünəqayıdış, özünütəsdiq meylləri güclənmiş, mili mənlik şüurun yüksəlməsində yeni mərhələ başlanmışdır. Milli dəyərlərin, ənənəvi mədəniyyətin zənginləşməsi üçün əlverişli şərait formalaşmışdır. Azərbaycanlılarda öz mədəni irsinə maraq güclənmiş, xalqın etnik inkişafında yeni mərhələ başlanmışdır. Milli ideya və azərbaycançılıq baxımından iki kollektiv monoqrafiya – «XX əsr Azərbaycan etnoqrafiyası» və «Bakı XIX-XX əsrlərdə (tarixi-etnoqrafik tədqiqat)» başa çatdırılmışdır. |