Veb-sayt | www.isi.az | ![]() |
Ünvan | AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9 | |
Tel. | (+994 12) 5390151, (+994 12) 5392743 |
|
Faks | (+994 12) 5392826 | |
Elektron poçtu | info@isi.az, | |
Direktor | Akademik Telman Abbas oğlu Əliyev
Xidməti tel.: (+994 12) 5390151 Mobil tel.: (+994 50) 5414455 Faks: (+994 12) 5392826 E-poçt: telmancyber@rambler.ru , |
|
Direktor müavinləri | Elmi işlər üzrə
Texnika elmləri doktoru, professor Xidməti tel.: (+994 12) 5392743 Mobil tel.: (+994 50) 3636041 Faks: (+994 12) 5392826 E-poçt: direktor_muavini@isi.azÜmumi işlər üzrə Xidməti tel.: (+994 12) 5390531 Faks: (+994 12) 5392826 E-poçt: qadimovrauf@isi.az |
|
Elmi katib | Zəhra Ələkbər qızı Əzizova
Xidməti tel.: (+994 12) 5393943 Faks: (+994 12) 5392826 E-poçt: elmi_katib@isi.az |
|
Yaranma tarixi | İnstitutun yaranma tarixini Azərbaycan ЕА Neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır.
50-ci illərin sonunda Respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verdi, bu da öz növbəsində 1960-cı ildə Hesablama mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaratdı. Həmin il Hesablama mərkəzinin tərkibində keçmiş ittifaq miqyasında ikinci olaraq (Ukraynadan sonra) «Elektron hesablama maşınları» laboratoriyası yaradıldı. Bu laboratoriya ölkəmizdə kibernetikanın və informatikanın inkişafına həlledici təsir göstərmişdir. 1965-ci ildə Hesablama mərkəzi əsasında Kibernetika İnstitutu yaradıldı. Xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə 1971-ci ildə Kibernetika institutunun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə sistemləri” şöbəsi yaradıldı (1982-ci ilin martında AİS şöbəsi müstəqil təşkilata, 2002-ci ildə isə İnformasiya Texnologiyaları İnstitutuna çevrildi). Kibernetika institutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sistemi”nin yaradılması (1977-1981) üzrə baş təşkilat təyin olunmuşdu. 1978-ci ilin yanvarında institutda işlənən cihaz və qurğuların təcrübi nümünələrinin yaradılması və tətbiqi üçün "Kibernetika” XKB-su təşkil edilmişdir. Təsərrüfat hesablı Büro indi də böyük uğurla fəaliyyət göstərir. 2014-cü ildə Nazirlər kabinetinin qərarı ilə institutun adı "İdarəetmə Sistemləri" institutu olaraq dəyişdirilmişdir. İnstitut təşkil olunduğu vaxtdan 1965-ci ilə kimi texnika elmləri doktoru, professor Ələsgərov Səid Əmiraslan oğlu, 1965-1970-ci illərdə akademik Hüseynov Əşrəf İsgəndər oğlu, 1970-1988-ci illərdə akademik Allahverdiyev Cəlal Eyvaz oğlurəhbərlik etmişlər. 1988-ci ildən institutun direktoru texnika elmləri doktoru, professor, "Şöhrət" ordenli əməkdar elm xadimi, akademik Əliyev Telman Abbas oğludur. İnstitutun kadr potensialı: İnstitutda 4 akademik, 3 müxbir-üzv, 24 elmlər doktoru, 56 fəlsəfə doktoru fəaliyyət göstərir. Hazırda institutda 6 şöbə və 26 laboratoriya fəaliyyət göstərir. |
|
Əsas fəaliyyət istiqamətləri | İnstitut elmi-tədqiqat işlərini Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strateqiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” haqqında sərəncamına uygun elmi proqramlar əsasında formalaşdırır. Milli strategiyaya uyğun aşagıdaki elmi prioritet istiqamətlər müəyyənləşdirilmişdir:
1. Sənaye obyektlərinin rentabelliyinin artırılmasına və rəqabətə dözən məhsul istehsal etməyə imkan verən hibrid informasiya texnologiyalarının və intellektual idarəetmə sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri; 2. Ölkənin iqtisadiyyatı və ekologiyasına böyük miqyaslı zərər vura bilən qəzaların proqnozlaşdırılmasını təmin edən monitorinq texnologiyalarının və sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri; 3. İqtisadi və istehsalat proseslərinin riyazi modelləşdirməsi, identifikasiyası, optimallaşdırılması və idarə olunmasının nəzəri və tətbiqi problemləri; 4. İntellektual texnologiyaların və informasiya-telekommunikasiya sistemlərinin yaradılmasının nəzəri və tətbiqi problemləri; 5. İstehsalat sahələrinin səmərəli, suboptimal və optimal rejimlərdə işləməsini təmin edən müxtəlif təyinatlı və səviyyəli yeni nəsil "intellektual, hibrid, robast nəzarət, diaqnostika, proqnozlaşdırma və idarəetmə sistemlərinin” yaranmasının nəzəri əsaslarının işlənməsi. İnstitut geniş əhatəli fundamental problemləri tədqiq edir: İdentifikasiya nəzəriyyəsi; siqnalların emalı; riyazi modelləşdirmə; optimallaşdırma; süni intellekt; müxtəlif təyinatlı və səviyyəli intellektual informasiya sistemləri; neftqazçıxarma, neftemalı, nəqliyyat, energetika, tikinti sahələrini əhatə edən paylanmış intellektual monitorinq və diaqnostika sistemləri və s. |
|
Əsas elmi nəticələr | 2015-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda aparılan elmi-tədqiqat işləri əsasında alınan mühüm elmi nəticələr:
1. Stasionar dəniz neft-qaz platformalarının nəzarət və diaqnostika sistemlərinin sensorlarının çıxışlarında alınan texnoloji parametrlərin küylərinin analizi vasitəsilə texniki vəziyyətinin dәyişmәsinin erkən monitorinqini təmin edən effektiv alqoritmlәr və texnologiyalar işlənilmişdir. İcraçılar: akad. Əliyev Telman, t.ü.f.d. Əlizadə Tahir 2. Neft quyularının dinamoqramlarının real vaxt ərzində identifikasiyasının adekvatlığını təmin etməklə onların iqtisadi cəhətdən daha səmərəli olan onlayn rejimində idarə edilməsi hesabına rentabelliklərini xeyli artıran hibrid informasiya texnologiyaları işlənmişdir və Bibiheybət neftqazçıxarma İdarəsinin obyektlərində sınaqdan keçirilmişdir. İcraçılar: akad. Əliyev Тelman, t.e.d. Quluyev Qəmbər, t.ü.f.d., dos. Rzayev Asif, Əliyev Yavər, a.e.i. Rezvan Məhəmməd 3. Kütləvi xidmət sistemlərində vəziyyətdən asılı sıçrayışlı prioritetlər təyin edilmiş və onların xarakteristikalarının hesablanması və optimallaşdırılması üçün səmərəli üsullar təklif edilmişdir. İcraçı: t.e.d., müxbir üzv Məlikov Ağası 4. Ştanqlı dərinlik nasos qurğularının dinamoqramları əsasında neft quyularının hasilatının operativ təyin edilməsi üsullarının dəqiqliyini artırmaq məqsədi ilə periodik ölçmələrin nəticəsinə görə korreksiya alqoritmləri işlənilmişdir. İcraçılar: akad. Əliyev Тelman, t.e.d. Quluyev Qəmbər, t.ü.f.d. Rzayev Asif, t.e.d. Rzayev Abbas 5. Mürəkkəb halqavari strukturlu neft kəmərlərində mayenin qərarlaşmamış rejimdə hərəkəti zamanı sızma yerlərinin lokalizasiyası məsələsinin ədədi həll üsulu təklif edilmişdir. Model məsələlər üzərində ədədi eksperimentlər aparılmışdır İcraçılar: r.e.d., m.üzv Ayda-zadə Kamil, r.ü.f.d., dos. Əşrəfova Yeganə 6. Anomal-seysmik proseslərin Robast noise monitoring stansiyalarında formalaşan noise xarakteristikaların amplitudasına əsasən gözlənilən zəlzələlərin ocaqlarının zonalarının tapılması və onların maqnitudalarının qiymətlərinin müəyyənləşdirilməsi üçün alqoritmlər və proqram kompleksi işlənilmişdir. İcraçılar: akad. Əliyev Telman, t.e.d. Quluyev Qəmbər, t.ü.f.d. Paşayev Fərhad, r.ü.f.d., dos. Paşayev Ədalət. 7. Tsiklik proseslərin identifikasiyanın adekvatlığını təmin etməyə imkan verən hibrid, mövqeli-binar (MB) və dinamik zaman transformasiyası (DTW) üsulu təklif olunmuşdur. İcraçılar: t.e.d., prof. Nüsrətov Oqtay, r.ü.f.d., dos. Kərimov Azər 8. Tikinti sənaye obyektlərinin istismarı zamanı qəza vəziyyətinə keçmələrinin gizli dövrünün identifikasiyası modelləri və proqram paketi işlənilmişdir. İcraçılar: t.e.d., prof. Musayeva Nailə, e.i. Süleymanova Mətanət, Qazızadə Bəhruz, Qazızadə Pərviz 9. Paralel hesablama texnologiyaları əsasında optimallaşdırmanın tətbiqi proqram paketi ilə idarəetmə sistemi üçün alqoritmlər və proqram təminatı hazırlanmışdır. İcraçılar: r.e.d., m.üzv Ayda-zadə Kamil, r.ü.f.d., dos. Quliyev Samir, t.ü.f.d. Talıbov Səxavət 10. Kompüter vasitəsilə azərbaycan mətnlərinin anlanılması üçün gizli markov və neyrofazi modelləri əsasında alqoritmlər və proqram təminatı yaradılmışdır. İcraçılar: r.e.d., m.üzv Ayda-zadə Kamil, t.ü.f.d., dos. Rüstəmov Samir, t.ü.f.d. Mustafayev Elşən 11. Azərbaycan dilindəki mətnlərin müəlliflərinin tanınması üçün alqoritm və proqram təminatı işlənilmışdır. İcraçılar: r.e.d., m.üzv Ayda-zadə Kamil, t.ü.f.d. Talıbov Səxavət 12. Mövcud olan proqnozlaşdırma modellərinə nisbətən mühüm dərəcədə daha dəqiq proqnoz verilənlərini əldə etmək imkanını verən zəif strukturlaşmış zaman sıralarının qeyri-səlis modelləşdirməsinin yeni üsulları işlənilmışdır. İcraçılar: t.e.d., dos. Rzayev Ramin, r.ü.f.d., dos. Camalov Zeynal, Mehdiyev T.Z. 13. Neyroşəbəkəli məntiqi bazisdə qeyri-səlis çıxarılış sisteminin tətbiqi əsasında rabitə xidmətlərinin keyfiyyətini qiymətləndirən modullu intellektual sistemin qurulmasının yeni prinsipləri formalizə edilmişdir və icra mexanizmi işlənilmişdir. İcraçılar: t.e.d., dos. Rzayev Ramin, dis. Göyüşev Aydın, Almasov Əsgər 14. Respublikada "Yaşıl iqtisadiyyat”–ın inkişaf səviyyəsini müəyyən etmək üçün qeyri-səlis modellər yaradılmış və onlara uyğun məsələləri həll etmək üçün alqoritm verilmişdir. İcraçı: i.e.d., prof. İmanоv Qorxmaz 15. Dövlətin qanunvericilik və inzibatçılıq səylərinin yaratdığı vergi potensialının qiymətləndirilməsi üçün makroiqtisadi göstəricilərin tənzimlənməsi ilə vergi canlanması və elastikliyi əmsalları təklif edilmişdir. İcraçı: i.e.d., prof., m.üzv Musayev Akif 16. Ekonometrik modelləşdirmə vasitəsi ilə müəyyən edilmişdir ki, neft ehtiyatlarının (təbii ehtiyatların) istismarından əldə onunan pul vəsaitlərinin dünya üzrə borcların həcmini artırır. İcraçılar: i.e.d., prof. Həsənli Yadulla, İsmayılova Simrah 17. Fraktal strukturların yaranmasının başlanğıc fazası olan "özlü barmaqların” fraktal ölçüyə malik olan strukturlara çevrilməsindən sonra və ya əvvəlcədən fraktal struktura malik olan məsaməli mühitlərdə birölçülü və ikiölçülü süzülmə məsələllərinin riyazi modelləri işlənilmişdir. İcraçı: t.e.d., prof. Həsənov Allahverdi 18. Xarici qeyri-stasionar təsirlər altında neftli-qazlı laylarda baş verən müvazinətsiz keçici proseslər nəticəsində fraktal strukturların yaranması şərtləri riyazi şəkildə formalaşdırılmışdır. Fraktal yaranmasının başlanğıc fazası olan "özlü barmaqların” fraktal ölçüyə malik olan strukturlara çevrilməsindən sonra və ya əvvəlcədən fraktal struktura malik olan məsaməli mühitlərdə birölçülü və ikiölçülü süzülmə məsələlərinin riyazi modelləri işlənilmişdir. İcraçı: t.e.d., prof. Həsənov Allahverdi 19. Aparılan nəzəri və eksperimental tədqiqatlar nəticəsində Azərbaycanda torpaqların meliorasiyası və suvarma suyu ilə təmin edilməsi üçün istismar olunan hidromeliorativ və irriqasiya sistem və qurğularının etibarlılıq və istismarının effektivlik məsələləri araşdırılmışdır. Bu sistemlərin etibarlığını müəyyən etmək və onların effektivliyinin yüksəldilməsi məqsədi ilə yeni rıyazı modellər qurulmuş, ehtimal və etibarlılıq nəzəriyyələrinin nəticələrindən istifadə edərək bu sistemlərin etibarlılığının və effektivliyinin artırılması üçün elmi-praktiki əsaslar işlənilmişdir. İcraçılar: akad. Hacıyev Asəf, r.ü.f.d. Rüstəmov Yasin 20. Fazi qonşuluq münasibətləri əsasında klasterizasiya məsələlərinin həlli üçün daha effektiv olan yeni OFJP (Optimal-time FJP) alqoritminin səviyyə əsaslı yeni versiyası təklif olunmuşdur və bu alqoritmin doğru həll verdiyi nəzəri cəhətdən isbat olunmuşdur. İcraçı: r.e.d., prof. Nəsibov Əfəndi 21. Biofizik və genetik verilənlərin analizində müvəffəqiyyətlə tətbiq oluna bilən Fuzzy birləşmiş nöqtələr (FJP) metodu tədqiq olunmuş və bu metodun yeni versiyaları olan MFJP (Modified FJP) və OFJP (Optimal-time FJP) alqoritmləri təklif olunmuşdur. Bu algortitmlər klassik FJP algoritmindən, uyğun olaraq, və n2 dəfə daha sürətli olduğu isbatlanmışdır. Ayrıca, OFJP (Optimal-time FJP) algoritminin FJP sinfindən olan algoritmlər içərisində zaman mürəkkəbliyi baxımından optimal olduğu nəzəri cəhətdən isbat edilmişdir İcraçı: r.e.d., prof. Nəsibov Əfəndi 22. Verilənləri tamədədli intervallar olan Bul proqramlaşdırılması məsələsinin suboptimist və subpessimist həllərinin qurulması üçün üsul təklif olunmuşdur. İcraçılar: r.e.d., prof. Məmmədov Knyaz, dokt. Məmmədova Ayla 23. "Çətin həll olunan məsələlər” sinfindən olan bir məhdudiyyətli qismən tamədədli proqramlaşdırma məsələsinin optimal həllinin tapılması üçün yeni üsul işlənilmişdir. İcraçılar: r.e.d., prof. Məmmədov Knyaz, dis. Yolçuyeva Sevinc 24. Torpaqların Rusiya və Azərbaycan təsnifatının informasiya modellərinin müqaysəli analizi aparılmışdır. Müəyyən olmuşdur ki, strukturlar yaxın olsa da, tam üst-üstə düşmür və odur ki, klassifikasiyaların birini digərinə inikas etdirmək olmur. İcraçılar: r.ü.f.d., dos. Paşayev Ədalət, e.i Həsənova Samira 25. Müsbət və mənfi meyilli semimarkov dolaşma prosesinin "a(a>0)” səviyyəsinə çatma anı ilə bu səviyyəni aşma uzunluğunun birgə paylanmasının Laplas-Stiltyes çevirməsi tapılmışdır İcraçılar: r.e.d., prof. Nəsirova Tamilla, r.ü.f.d. İbayev Elşən, r.ü.f.d., dos. Əliyev Tofiq, r.ü.f.d. Ömərova Könül. 26. Moskalenko tipli kəsilməz optimal idarə məsələsində optimallıq üçün ikinci tərtib zəruri şərt alınmışdır. İcraçı: r.e.d., prof. Mənsimov Kamil 27. İntegral rabitə şəbəkələrində xidməti trafiklərin verilişi və qəbulu prosesi tədqiq edilərək, signallaşma sistemlərin maneəyə davamlılığının və etibarlılığının yüksəldılməsi üçün hesablama üsulu təklif olunmuş və onların keyfiyyət xarakteristikalarını qiymətləndirmək üçün analitik ifadələr alınmışdır. İcraçılar: t.e.d., prof. İbrahimov Bayram, dis. İsmayılova Sevinc, dis. Hüseynov Fəxri 28. Xəzər dənizi Azərbaycan sektorunun əsas ekoloji subregionları (sahil zona, şelf zonası, dərinlik tənəzzülü, dərin su zonası) üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin metodoloji əsasları işlənilmişdir. İcraçı: t.ü.f.d.. dos. Qarayev Robert 29. Neftin uçot qovşağında miqdarını təyin etmək məqsədi ilə, onun tərkibindəki çoxsaylı qarışıqların inteqral göstəricilərinin təyini alqoritmi və struktur modeli təklif olunmuşdur. İcraçı: t.ü.f.d., dos. İsayev Məzahir 30. Aller tənliyini, Manjeron tənliyini və digər model tənliklərini ümumiləşdirən yüksək tərtibli, qeyri-hamar əmsallı hiperbolik tənlik üçün qeyri-klassik traktovkada 3D kontakt-sərhəd məsələsi əsaslandırılmış və onun üçün yeni həll üsulu təklif edilmişdir. İcraçı: r.ü.f.d., dos. Məmmədov İlqar 31. Bianki tənliyini, rütübət keçirmə tənliyini, istilikkeçirmə tənliyini, Aller tənliyini, Bussineska-Lyava tənliyini, Manjeron tənliyini və digər model tənliklərini ümumiləşdirən yüksəktərtibli, qeyri-hamar əmsallı hiperbolik tənlik üçün qeyri-klassik traktovkada 3D final-sərhəd məsələsi əsaslandırılmış və onun üçün yeni həll üsulu təklif edilmişdir. İcraçı: r.ü.f.d.. dos. Məmmədov İlqar 32. Diffuziya əmsalı idarəetmədən asılı olan və sağ ucunda məhdudiyyət verilən halda optimal həllərin keçid anları və optimal idarəetmənin təyin olunması üçün maksimum prinsipi isbat olunub. İcraçı: r.ü.f.d., dos. Ağayeva Çərkəz 33. Unimodal olmayan, diferensiallana bilməyən, kəsilən funksiyaların optimallaşdırılması Dubinin prinsipinə əsaslanan yeni evolyusion alqoritm təklif edilmiş və bu alqoritm klaster analizi məsələsinin həlli üçün istifadə edilmişdir. İcraçı: r.ü.f.d. Davudova Rəvanə 34. Üçüncü tərtib operator-diferensial tənlik üçün bir sərhəd məsələsinə baxılıb. Tənliyə və sərhəd şərtinə daxil olan operatorlar üçün kafi şərtlər tapılmışdır ki, bu şərtlər daxilində məsələnin korrekt və birqiymətli həll olunması təmin olunur. İcraçı: r.ü.f.d., dos. Babayeva Sevinc |
|
İşçilərinin ümumi sayı | 332 | |
Struktur bölmələri |
|
|
Elmi şura
- sədr - sədr müavini - katib - üzvləri |
Əliyev T.A. t.e.d., prof., аkad. Nüsrətov O. Q. t.e.d., prof. Əzizova Z. Ə. İbrahimov İ. Ə. t.e.d.,prof., akad. Ayda-zadə K.R. r.e.d., prof., müxbir üzv Paşayev Ədalət Bəxtiyar oğlu, r.f.d., dos. Abdullayeva G.G. Riyaz. fəlsəfə doktoru, dos. Babayev T.Ə. Texnika fəlsəfə doktoru Əlizadə T.Ə. Texnika fəlsəfə doktoru Əsədova R.Ş. Texnika fəlsəfə doktoru, dos Hacıyev A.H. r.e.d., m.üzv. Həsənov A.B. t.e.d., prof. Həsənli Y.H. i.e.d., prof. Hacıyev Ş.Ə. Riyaz. fəlsəfə doktoru, dos. İmanov Q.C. i.e.d., prof. İsayev M.M. Texnika fəlsəfə doktoru,dos Quliyev M.A. t.e.d., prof. Qarayev R.Ə. Texnika fəlsəfə doktoru,dos Qədimov R.M. Texnika fəlsəfə doktoru Quluyev Q.A. Texnika fəlsəfə doktoru Məlikov A.Z. t.e.d., m.üzv. Məmmədov K.Ş. r.e.d., prof. Mənsimov K.B. r.e.d., prof. Musayeva N.F. t.e.d., prof. Мəmmədov İ.Q. Riyaz. fəlsəfə doktoru, dos. Nəsirova T.H. r.e.d., prof. Rzayev Ab.H. t.e.d. Rzayev As.H. Texnika fəlsəfə doktoru, dos. Rüstəmov S.S. Gənc alim və mütəxəssislər şurasının sədri, t.f.d., dos. |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr - katib - üzvləri |
Məstəliyev Rəşad Oqtay oğlu Əliyeva Aygün Əkbər qızı Quliyeva Rəna Səfər qızı Rüstəmov Samir Sabir oğlu İbayev Elşən Akif oğlu Əşrəfova Yeganə Ramiz qızı Rəhimov Anar Bəybala oğlut Quliyev Samir Zakir oğlu Paşayeva Yeganə İlqar qızı Pur Riza Samir Məsud oğlu Məmmədova Ayla Hüseyn qızı Cəfərov Cahangir Maarif oğlu Camalov Zaur Zeynal oğlu Paşa Pərvin Fərhad oğlu Süleymanlı Bəhram Ədalət oğlu Əliyeva Zərinə Yusif qızı Bayramov Vüsal Valeh oğlu Məmmədov Vüsal Cəlil oğlu Cəbiyeva Şəms Mütəllim qızı İdrisova Ülviyyə Cəbrayıl qızı Puşnova Valeriya Valeryevna Babayeva Sevinc Tofiq qızı Hidayətzadə Səyyarə Qismətəli qızı Nəcəfova Lamiyə Həmzə qızı Alışzadə Nigar Oktay qızı Məmmədova Ləman Heybət qızı Əhmədli Nigar Əhməd qızı |
|
Dissertasiya şurası
- sədr - sədr müavini - elmi katib - üzvləri |
Əliyev Telman Abbas oğlu, texnika elmləri doktoru, professor, akademik Nüsrətov Oqtay Qüdrət oğlu, texnika elmləri doktoru, professor İbrahimov Vaqif Rza oğlu, riyaziyyat elmləri doktoru, professor Paşayev Ədalət Bəxtiyar oğlu, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Abdullayev Vaqif Maarif oğlu, riyaziyyat elmləri doktoru, dosent, Cəfərov Səyyəddin Məşədi oğlu, texnika elmləri doktoru, professor Əliyev Elçin Rəşid oğlu, texnika elmləri doktoru, dosent Əliyev İsbəndiyar Müseyib oğlu, texnika elmləri doktoru, dosent Fəttahova Mehriban İsa qızı, texnika elmləri doktoru, dosent Həsənov Allahverdi Biyakir oğlu, texnika elmləri doktoru, professor Hümbətov Ramiz Topuş oğlu, texnika elmləri doktoru, professor Quliyev Məmmədkərim Ağakərim oğlu, texnika elmləri doktoru, professor Quluyev Qəmbər Ağaverdi oğlu, texnika elmləri doktoru Mehdiyeva Qalina Yuryevna, riyaziyyat elmləri doktoru, professor Məlikov Ağasi Zərbəli oğlu, texnika elmləri doktoru, professor, müxbir üzv Musayeva Nailə Fuad qızı, texnika elmləri doktoru, professor Məmmədov Knyaz Şiraslan oğlu, riyaziyyat elmləri doktoru, professor Məmmədov İlqar Qürbət oğlu, riyaziyyat elmləri doktoru, dosent Rzayev Abbas Heydər oğlu, texnika elmləri doktoru Rzayev Ramin Rza oğlu, texnika elmləri doktoru, dosent Rzayev Tofiq Heydər oğlu, texnika elmləri doktoru, professor Sadıqov Əminağa Bəhmən oğlu, texnika elmləri doktoru, professor Yaqubov Məmməd Haqverdi oğlu, riyaziyyat elmləri doktoru, professor Zeynalov Elçin Razim oğlu, texnika elmləri doktoru |
|
Həmkarlar təşkilatı
- sədr - sədr müavini - katib - büro üzvləri |
Əzizova Zəhra Ələkbər qızı Qurbanova Sədaqət Həsən qızı G.M.Quliyeva X.N.Hüseynova Z.B.Cəbiyeva F.Babayeva D.İ.Məstəliyeva R.R.Əliyeva R.İ.Cabbarov |
|
İctimaiyyətlə əlaqələrə məsul şəxs | Zeynalov Samir Rəhim oğlu | |
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |