www.science.az
19.03.2019 18:37

Nizami Muzeyində Elm Gününə həsr olunan tədbir keçiriləcək

Mart ayının 27-də saat 14:00-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Elm Günü münasibətilə "Alim ədiblərimiz və ədəbiyyatda elm" mövzusunda elmi sessiya keçiriləcək. Muzeydə, həmçinin Bakı məktəblilərinin iştirakı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbir təşkil olunacaq.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.