www.science.az
27.03.2019 12:11

Elm Gününə həsr olunmuş "Açıq qapı" günü keçirilir

Martın 27-də AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunda "Açıq qapı" günü keçirilir.

Elm Gününə həsr olunmuş tədbirdə son 100 ildə ilk dəfə Azərbaycan ərazisində seysmoloji tədqiqatların aparılmasında istifadə edilən cihaz və avadanlıqlar nümayiş etdirilir. Həmçinin ictimaiyyət nümayəndələrinə bu sahədə aparılan tədqiqatların tarixi, keçdiyi yol haqqında geniş məlumat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.