www.science.az
28.03.2019 15:32

Hüseyn Cavidin Ev Muzeyində “açıq qapı” günü keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Elm Günü münasibətilə “açıq qapı” günü keçirilib. Bu münasibətlə müxtəlif elmi və təhsil müəssisələrinin əməkdaşları muzeyi ziyarət ediblər.

Ziyarətçilərə qurumun bələdçiləri tərəfindən böyük mütəfəkkir Hüseyn Cavidin həyatı və yaradıcılığı, cavidlər ailəsi haqqında ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.