www.science.az
03.04.2019 10:33

Mərkəzi Elmi Kitabxanada akademik Həmid Araslının 110 illiyi ilə bağlı sərgi açılıb

Məlum olduğu kimi, Prezident İlham Əliyev akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il fevralın 11-də Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı tədbirlər planı çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli ədibin yaradıcılığına həsr olunan sərgi açılıb.

Burada alimin kitabxana fondlarında saxlanılan “İmadəddin Nəsimi”, “Xaqani Şirvani”, “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi”, “Tarla qızları”, “Azərbaycan ədəbiyyatı: tarixi və problemləri”, “Böyük Azərbaycan şairi Füzuli”, “Şairin həyatı”, habelə “Həmid Araslı” (biblioqrafiya), “Ədəbiyyat” (8-ci sinif üçün dərslik, müəlliflər H.Araslı və H.Eyvazov) kitabları, Türkiyədə çap olunan “Gülşehri ve Genceli Nizami”, “Leyli ve Mecnun” məqalələri nümayiş olunur.

Sərgilənən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

Sərgi 2019-cu ilin sonunadək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.