www.science.az
03.04.2019 11:36

Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA Nəsimi adına Dilçilik İnstitutu ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər Azərbaycan dilinin tarixi şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə 1, Türk dilləri şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə isə 2 yerdir.

Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. 

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 115, V mərtəbə

Telefon: (+994 12) 537 20 88

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.