www.science.az
28.08.2014 00:00

“Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində tədqiqatlar aparılıb

AR Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi və AMEA İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirilir.

Cari ilin III rübü üzrə Litvanın Mikolas Romeris Universitetinin Beynəlxalq və Avropa İttifaqının Hüquq İnstitutundan olan mütəxəssis elmi-tədqiqat məqsədilə İnsan Hüquqları İnstitutunda araşdırma aparmışdır.

Araşdırmanın əsas məqsədi erməni işğalı nəticəsində hüquqları pozulmuş, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız haqda məlumat toplamaq və əldə olunmuş nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq idi.

Tədqiqatçı aidiyyatı qurumlarla görüşlər keçirmiş, İnsan Hüquqları İnstitutunun əməkdaşları ilə Binəqədi rayonunda yerləşən, qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciyi ziyarət etmiş və orada yaşayan ailələrin vəziyyəti ilə yaxından tanış olmuşdur.

Bu gün proqram çərçivəsində regionla bağlı tədqiqatlar aparan litvalı təqdidatçının elmi araşdırmaların təhlili və gördüyü işlərin nəticəsi haqqında yekun təqdimat keçirilib. Sonda iştirakçı proqramı başa çatdıraraq sertifikata təltif edilib.

Qeyd edək ki, tədqiqat proqramının davam etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.