www.science.az
28.08.2014 00:00

AMEA Dendrologiya İnstitutunun direktoru beynəlxalq konfransda iştirak edib

AMEA Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 17-21 avqust 2014-cü il tarixlərdə Poznan şəhərində (Polşa) keçirilmiş X beynəlxalq konfransda iştirak edib. O, “Abşeronda introduksiya olunmuş şaxtayadavamlı bitkilər” mövzusunda məruzə ilə çıxış edib.

Sonda Polşa Elmlər Akademiyası Dendrologiya İnstitutu ilə birgə elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, Polşa Dendrologiya İnstitutu və AMEA Dendrologiya İnstitutu sentyabr ayının sonlarında Azərbaycanın səhra, yarımsəhra ərazilərinin bitki örtüyü üzrə monitorinqə başlayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.