www.science.az
11.06.2014 00:00

AMEA Elmi İnnovasiyalar Mərkəzinin əməkdaşı “Adam Smit” adına qızıl medala layiq görülüb

AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) nəzdindəki təhsil-tədris mərkəzinin direktoru, professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təqdimatı əsasında “Adam Smit” adına qızıl medala layiq görülüb.

Medal Azərbaycan aliminə “Vətən elminin qızıl fondu” proqramı çərçivəsində Avropa Elmi-Sənaye Konsorsiumunun mükafatlar üzrə departamentinin nüfuzlu komissiyasının qərarı ilə beynəlxalq səviyyədə elmin və təhsilin inkişafındakı xidmətlərinə görə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.