www.science.az
10.05.2019 13:18

Mərkəzi Elmi Kitabxanada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi və anadan olmasının 96-cı ildönümü münasibətilə uzunmüddətli sərgi təşkil edib.

Sərgidə “Milli mənəvi dəyərimiz”, “Üstün zəka”, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (Hidayət Orucov), “Azərbaycanda aqrar islahatlar” (Qərib Məmmədov), “Millətin atası” (Hüseynağa Mirələmov), “Xilaskar” (Eldar Elduası), “Böyük öndər” (Eldar İsmayıl), “Heydər Əliyev və kinematoqraf” (Aydın Kazımzadə), “Heydər Əliyevin dil siyasəti” (Vilayət Əliyev), “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi” (Məlahət Həsənova), “Müdrikliyin zirvəsi” (Balayar Sadiq), “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (Abuzər Xələfov), “Bir taledə iki ömür. Xatirələr və düşüncələr” (Teymur Yəhyayev), “Гейдар Алиев и русская культура”, “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgidə nümayiş etdirilən kitablar haqqında məlumat MEK-in elektron kataloqunda əks olunub. Kitablar e-formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.