www.science.az
10.05.2019 16:01

Zoologiya İnstitutu Rusiyanın Bitki və Heyvanların Ekologiyası İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-nın Zoologiya İnstitutu ilə Rusiya Emlər Akademiyasının Ural şöbəsinin Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə birgə multidissiplinar tədqiqatların aparılması, bioloji resursların qiymətləndirilməsi, Xəzər dənizinin bioloji müxtəlifliyini öyrənmək üçün beynəlxalq laboratoriyanın yaradılması, Xəzər dənizinin faunasının kadastrının hazırlanması, Ural və Azərbaycan faunasının müqayisəli analizi, “Binəqədi faunası” üzrə paleozooloji tədqiqatların aparılması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.