www.science.az
04.06.2019 09:37

XVI əsrə aid “Kitabi-tibbi-mənzum” əsəri nəşr olunub

XVI əsrdə yaşamış Osmanlı şairi, alimi və təbibi Məhəmməd Nidainin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Kitabi-tibbi-mənzum” əsəri nəşr olunub.

Tibbə aid bu mənzum əlyazma 50-dən çox şeirdən ibarətdir. Şeirlərdə müxtəlif xəstəliklərdən, onların etimologiyasından və müalicəsindən bəhs olunur. Burada zökəm, vərəm, astma və digər xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələri barədə məlumat verilir.

Kitaba əsərin ərəb qrafikası ilə yazılmış orijinal mətni də daxil edilib. Əsəri transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır. Nəşrin redaktorları Mustafa Mailoğlu və Seyyid Əsri, rəyçiləri tarix üzrə elmlər doktoru Fərid Ələkbərli və Tahirə Həsənzadədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.