www.science.az
04.06.2019 11:28

AMEA-da II kurs magistrantların dissertasiya işlərinin müdafiəsinə başlanılıb

AMEA-da 2018/2019-cu tədris ilində məzun olacaq II kurs magistrantların dissertasiya işlərinin müdafiəsinə başlanılıb.

Magistrantların dissertasiya işlərinin müdafiəsi üçün AMEA prezidentinin 7 may 2019-cu il  tarixli sərəncamına əsasən 12  Müdafiə Şurası yaradılıb.

Müdafiədə ixtisas üzrə tədris planına uyğun nəzəri və təcrübi kursu tam yerinə yetirən və bütün kreditləri toplayan 63 magistrant iştirak edir.

Müdafiələr AMEA-nın müvafiq institutlarında həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.