www.science.az
12.06.2014 00:00

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı Qubada ezamiyyətdə olub

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq örtüyünün strukturası laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vilayət Həsənov Quba rayonunda ezamiyyətdə olub.

Məqsəd regionun dağ çaylarının gətirmə konuslarında yayılmış azməhsuldar allü-vial daşlı torpaqların areallarının müəyyən edilməsi, müxtəlif daşlılıq dərəcəsi üzrə torpaq kəsimlərinin qazılması və genetik qatlardan torpaq nümunələrinin götürülməsi idi. 4 günlük səfər müddətində, həmçinin Ağçay və Qudyalçayın gətirmə konusunun subasar ərazisində daşlı allüvial-çəmən torpaqların arealı müəyyən edilib, çöl tədqiqatı ilə bağlı işlər aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.