www.science.az
10.07.2019 14:56

Məczub Təbrizinin anadilli divanı Təbrizdə çap olunub

XVII əsrdə yaşamış Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı Təbrizin "Qalan yurd" nəşriyyatında çapdan çıxıb.

Vəsaiti nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Əsər Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanan əlyazma nüsxələri əsasında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.