www.science.az
12.07.2019 14:40

İordaniya parlamentinin deputatları Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər

İordaniya parlamentinin üzvləri, hüquq üzrə mütəxəssis və tədqiqatçılardan ibarət nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.

Qonaqlar kitabxananın “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı”, “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərilə, son həftə ərzində kitabxanaya yeni daxil olmuş mənbələrlə tanış olublar.

Ziyarətçilər Akademiklər zalında yerləşən Diplomatik fondda İordaniya səfirliyinin güşəsi, Nadir kitab fondu və Şərq ədəbiyyatı fondunun fəaliyyəti ilə də yaxından maraqlanıblar. Həmçinin MEK-də mühafizə edilən ərəb və fars dillərində olan hüquqi sənədlər barədə fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.