www.science.az
29.07.2019 10:19

İstanbul Mədəniyyət Universitetinin alimi Folklor İnstitutunda olub

İstanbul Mədəniyyət Universitetinin (İMU) Türk dili və Ədəbiyyat fakültəsinin müəllimi və doktorantı Aytən Namazova AMEA-nın Folklor İnstitutunun qonağı olub.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Oruc Əliyevlə görüşdə çıxış edən A.Namazova bildirib ki, İMU və Türk Dünyası Araşdırmalar Mərkəzi İstanbul şəhərində Türk Dünyası Muzeyini yaratmaq niyyətindədir. O, yeni yaradılacaq muzeyin tədbirlər planı çərçivəsində Azərbaycan, Qaqauz, Noqay, Krım, eləcə də Altay türklərinin folklor və etnoqrafiyasını əhatə edəcək kitabın hazırlanmasının planlaşdırıldığını söyləyib.

A.Namazova Azərbaycanın Qərb regionunun - Gəncə, Şəmkir, Qazax, Ağstafa, Tovuz bölgələrinin folkloru, etnoqrafiyası ilə bağlı materiallar hazırlamaq məqsədilə sözügedən ərazilərə ezamiyyətə gedəcəyini bildirib.

Sonda müəssisənin nəşrləri qonağa təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.