www.science.az
05.08.2019 09:29

Elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların reyestrinin tərtib olunması və aparılması qaydası təsdiqlənib

Nazirlər Kabineti “Ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması Qaydası”nı təsdiq edib.

Bununla bağlı Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.

Reyestrin tərtib olunmasının və aparılmasının məqsədi ölkədə mövcud tədqiqat infrastrukturunun mərkəzləşdirilmiş məlumat bazasını yaratmaqla, elmi tədqiqat fəaliyyətini həyata keçirən elmi müəssisə və təşkilatların, alim və tədqiqatçıların həmin tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.

Reyestrin tərtib edilməsi və aparılması, elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların tədqiqat infrastrukturu kateqoriyasına aid edilməsi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.