www.science.az
06.09.2019 14:20

Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə dair müzakirələr aparılıb

Akademiyanın Rəyasət Heyətinin üzvü v.i.e., AMEA-nın müxbir üzvü Bilal BilalovBiologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov, həmçinin Strateji Elmi Tədqiqatlar Mərkəzinin və "Elm və Texnologiya Parkı" MMC-nin bir qrup əməkdaşı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olublar.

Əvvəlcə institutun direktoru Elmar Allahverdiyev AMEA nümayəndələrinə rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, dövlətimizin qayğısı və dəstəyi nəticəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu üçün bütün şəraiti olan inzibati bina tikilib və istifadəyə verilib. İnzibati binada alim və mütəxəssislərin işləməsi üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyalar var.

Daha sonra AMEA "Elm və Texnologiya Parkı" MMC-nin direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik tədbirlər, Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı Cavid Sadıqov isə “Ağıllı kənd təsərrüfatı” xidmətləri barədə məlumat veriblər.

Görüşdə ağıllı kənd təsərrüfatı təcrübələrinin öyrənilməsi, kənd təsərrüfatında innovasiya sistemləri və yeni texnologiyaların tətbiqi, həmçinin AMEA ilə Kənd Təsərrüfatı Nazirliyinin institutları arasında əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.