www.science.az
11.09.2019 09:37

“Müasir dünya və informasiya cəmiyyəti” toplusu çapdan çıxıb

AMEA-nın Fəlsəfə İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsi tərəfindən “Müasir dünya və informasiya cəmiyyəti” adlı yeni toplu nəşr olunub.

Məcmuədə müasir elmin mühüm sahələrindən sayılan və Azərbaycanda formalaşmaqda olan informasiya cəmiyyətinin mühüm əhəmiyyət kəsb edən bir sıra problemləri, o cümlədən informasiya cəmiyyətinin fəlsəfi aspektləri, informasiya cəmiyyəti və informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, müasir geosiyasi proseslərdə informasiya amili, informasiya cəmiyyətində dövlətin demoqrafik siyasəti, informasiya cəmiyyəti və mədəniyyət, informasiya cəmiyyəti və təhsil və s. məsələlər fəlsəfi kontekstdən təhlil edilir. Topluda şöbənin əməkdaşlarının məqalələri təqdim edilir.

Toplunun elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, rəyçiləri institutun Sosiologiya şöbəsinin müdiri, professor Rəfiqə Əzimova və İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmləri doktoru Füzuli Qurbanovdur.

Yeni nəşr ictimai elmlər sahəsində çalışan mütəxəssislər, siyasətçilər, ali məktəblərin humanitar fakültələrinin tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.