www.science.az
16.09.2019 16:12

AMEA-nın Botanika İnstitutu Türkiyə Milli Botanika Bağı ilə əməkdaşlıq edəcək

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Türkiyə Milli Botanika Bağının bir qrup əməkdaşı - Mühərrəm Cihan, Dr. Özləm Mavi İdman və Mərvə Yılmaz AMEA-nın Botanika İnstitutunun qonağı olublar.

Botanika İnstitutunun direktoru, akademik Validə ƏlizadəMərkəzi Nəbatat Bağının direktoru, b.e.d. Vahid Fərzəliyevin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.

V.Əlizadə qonaqlara Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Qonaqlar institutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Onlara Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin Avropa Məlumat Bazasına və Dünya Florasına daxil edilməsi üzrə aparılan fəaliyyət haqqında məlumat verilib.

Qonaqlar yüksək kadr və təcrübə mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.