www.science.az
17.09.2019 12:19

Amerika və Azərbaycan seysmoloqları arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub

ABŞ-ın “Kinemetrics” şirkətinin prezidenti Oqe Kurasia və vitse-prezidenti Matias Franke Azərbaycana səfərə gəliblər. Səfər çərçivəsində amerikalı qonaqlar AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə Amerika və Azərbaycan seysmoloqları arasında birgə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Matias Franke mərkəzin Monitorinq Mərkəzində əməkdaşlar üçün yeni emal proqramlarının tətbiqinə dair təlim keçib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.