www.science.az
17.09.2019 12:27

Gəncə Bölməsində tələbə adını qazanmış gənclərlə görüş keçirilib

AMEA-nın Gəncə Bölməsində yüksək bal toplayaraq respublikanın müxtəlif universitetlərinə daxil olan tələbələrlə görüş keçirilib.

Görüşdə bölmənin sədri, akademik Fuad Əliyev çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. F.Əliyev əvvəlki illərlə müqayisədə cari ildə qəbul nəticələrinin artdığını və 60 faizə yüksəldiyini söyləyib.

Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan danışan alim bu gün Gəncə şəhərində yüksəkixtisaslı müəllim heyətinin, maddi-texniki bazası zəngin məktəblərin olduğunu və nəticədə savadlı gənclərin yetişdirildiyini bildirib.

Daha sonra bölmənin Rəyasət Heyəti tərəfindən 8 nəfər tələbə adına layiq görülən gənclər mükafatlandırılıb.

Görüşdə, həmçinin professor Həsənbala Sadıqov, dosent Faiq Hacıyev, İşlər müdiri Rasim Tağıyev, laboratoriya müdiri Mehriban Məmmədova və valideynlər çıxış edərək gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr verməyi arzulayıblar.

Sonda magistrantlar və tələbələr çıxış edərək rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.