www.science.az
23.09.2019 12:13

“İxtisarlar lüğəti” kitabı işıq üzü görüb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyev, BDU-nun mərhum professoru Bayram Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovun “İxtisarlar lüğəti” kitabı nəşr olunub.

Lüğət uzun illər toplanmış, bütün sahələri əhatə edən 5500-dən artıq mürəkkəb adların ixtisarından ibarətdir. “Ön söz”də Azərbaycan dilində olan qısaltmaların yazılış və oxunuş qaydaları geniş şəkildə şərh edilib, hər bir ixtisarın qarşısında onun açılışı verilib.

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli, rəyçiləri professor Qara Məşədiyev, filologiya üzrə fəlsəfə doktorları Aynel MəşədiyevaBaba Məhərəmli və Aqil Cəfərovdur.

Yeni nəşr mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.