www.science.az
23.09.2019 14:30

“Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin qalibləri bəlli olub

AMEA-nın akad.Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) IX-X sinif şagirdlər arasında “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin III mərhələsi keçirilib.

Müsabiqə NKPİ-nin 90 illik yubileyi ilə əlaqədar olaraq baş tutub və suallar qeyri-standart məsələlər formasında şagirdlərə təqdim olunub.

IX siniflər arasında akademik Zərifə Əliyeva adına liseyin şagirdi Şamil Fərzəlizadə, X sinif üzrə isə 32 saylı Zəngilan rayon tam orta məktəbin şagirdi Fidan Abışova birinci yerə layiq görülüblər.

Qeyd edək ki, bu mərhələdə iştirak edən şagirdlərdən I, II və III yerləri tutanlara diplom və qiymətli hədiyyələr veriləcək, III mərhələnin digər iştirakçıları isə fərqlənmə diplomu ilə mükafatlandırılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.