www.science.az
25.10.2019 10:46

İnstitutda arxeoloq alimin 85 illik yubileyi qeyd olunub

Oktyabrın 24-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanın tanınmış alimi, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin 85 illik yubileyinə həsr edilən yığıncaq keçirilib.

Tədbirdə institutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova arxeoloq alimin həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Q.İsmayılzadə uzun illər müxtəlif tarixi abidələrdə tədqiqatlar aparıb, Azərbaycan arxeologiya elminə mühüm töhfələr verib. İnstitut direktoru alimi 85 illik yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra institutun şöbə müdirləri - tarix üzrə elmlər doktorları Əsədulla CəfərovTarix DostiyevNərgiz Quliyeva, tarix üzrə fəlsəfə doktorları Bəhlul İbrahimliAbuzər ƏləkbərovSəfər AşurovFərhad QuliyevTəvəkkül Əliyev və Akif Quliyev çıxış ediblər.

İnstitut əməkdaşları çıxışlarında görkəmli alimin pedoqoji fəaliyyətindən, onun uzun illər BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasına rəhbərlik etməsindən, arxeologiya üzrə gənc kadrların yetişdirilməsindəki xidmətindən danışıblar. Qeyd olunub ki, Q.İsmayılzadə Qarabağda, xüsusilə Qaraköpəktəpə abidəsinin tədqiqində mühüm işlər görüb, onun nəşr olunmuş əsərləri Cənubi Qafqazın ilk tunc dövrü və Kür-Araz mədəniyyəti üzrə ixtisaslaşan əcnəbi arxeoloqlar üçün dəyərli dərs vəsaitidir. 

Sonda professor M.Rəhimova çoxillik və səmərəli fəaliyyətinə görə görkəmli alimə institutun Fəxri fərmanını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.