www.science.az
12.11.2019 17:12

“Məktəblərdə astronomiya günləri” layihəsinə başlanılıb

Noyabrın 12-dən etibarən Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi çərçivəsində “Məktəblərdə astronomiya günləri” qlobal layihəsinə başlanılıb.

Layihəyə əsasən, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) alim və mütəxəssisləri tərəfindən Şamaxı və Bakı şəhər ümumtəhsil məktəblərində astroseminarlar təşkil ediləcək.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ŞAR, Şamaxı Rayon Təhsil şöbəsi və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə həyata keçiriləcək təşəbbüsün əsas məqsədi məktəbliləri ən qədim elm sahələrindən biri olan astronomiya haqqında məlumatlandırmaq, bu elmin əhəmiyyətini onlara aşılamaqdır.

Seminarların sonunda fərqlənən şagirdlərə sertifikatlar təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.