www.science.az
27.11.2019 10:26

Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna Akademik Milli Dram Teatrının görkəmli aktyoru, Azərbaycan SSR Xalq artisti Məmmədəli Vəlixanlının (1899-1969) ovçuluq bileti və 9 fotoşəkili daxil olub. 

1950-60-ci illərə aid həmin şəkillərdə tanınmış mədəniyyət xadiminin keçdiyi yaradıcılıq yolu, onun yaratdığı obrazlar və müxtəlif tədbirlərdə həmkarları ilə görüşləri əks olunub.

Materiallar Azərbaycan teatr tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.