www.science.az
05.12.2019 12:13

2019-cu il üçün elm və texnika sahəsində Rusiya hökumət mükafatları təqdim edilib

2019-cu il üçün elm və texnika sahəsində Rusiya hökumət mükafatı laureatlarının adları məlum olub.  

poisknews.ru saytının məlumatına əsasən, mükafatlar tibb, energetika, geologiya, istehsal texnologiyaları, materialşünaslıq, maşınqayırma, nəqliyyat, informasiya texnologiyaları, ekologiya və kənd təsərrüfatı sahələrində görülən işlərə, əldə olunan nailiyyətlərə görə təqdim olunub. Hər bir sahə üzrə mükafatın dəyəri 2 milyon rubl (53200 AZN) təşkil edir.

Laureatların siyahısında alim və istehsalçıların 14 kollektivi yer alıb. Onların tərkibində 131 namizəd, o cümlədən Rusiya Elmlər Akademiyasının 11 akademiki və 5 müxbir üzvü, 64 elmlər doktoru və 26 fəlsəfə doktoru var.

Laureatların siyahısı ilə buradan tanış olmaq mümkündür.