www.science.az
16.12.2019 09:09

Azərbaycan alimi Rusiyada keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətinə üzv seçilib

Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev növbəti dəfə Rusiyada keçirilən “Sikkə bürcləri- 2019” xatirə sikkələrinin XIII beynəlxalq müsabiqəsinin münsiflər heyətinə üzv seçilib.

Müsabiqədə dünyanın müxtəlif ölkələrinin nüfuzlu numizmat alimləri, bank və zərbxanalarının rəhbərləri, kolleksiyaçılar iştirak edəcəklər.

Builki müsabiqədə Rusiya, Qazaxıstan, Macarıstan, Fransa, Kanada, İspaniya, İtaliya, Böyük Britaniya, Polşa, Avstriya və digər ölkələrin 2019-cu ildə zərb edilmiş xatirə sikkələri təqdim olunacaq. Müsabiqədə 9 nominasiya üzrə 27 sikkə qalib elan ediləcək.

İlin sonunda hər nominasiya üzrə üç (I, II və III) yerin qaliblərinin adları açıqlanacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.