www.science.az
17.12.2019 16:12

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkının direktoru, texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olub. 

Əvvəlcə institutun direktoru, akademik Vaqif Abbasov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri və tətbiqə hazır olan işlərlə bağlı məlumat verib.

Daha sonra müstəqillik illərində institutda tətbiq olunmuş işlərin nəticələri əyani nümayiş etdirilib.

Görüşdə əməkdaşlıq edilə biləcək istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, birgə iş planı hazırlamaq məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.

E.Məmmədov, həmçinin NKPİ-nin laboratoriyaları və akademik Y.Məmmədəliyevin Memorial Muzeyi ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.