www.science.az
25.12.2019 14:50

“Favstos Buzandın “Hayların tarixi”nin absurdları” kitabı nəşr olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Favstos Buzandın “Hayların tarixi”nin absurdları” kitabı çap olunub.

İnstitutun elmi işçisi, politologiya üzrə fəlsəfə doktoru Abbas İslamovun müəllifi olduğu kitabda qədim erməni tarixşünaslığının ən görkəmli abidələrindən biri sayılan Favstos Buzandın “Hayların tarixi” əsəri tənqidi baxımdan təhlil edilib.

Favstos Buzandın “Hayların tarixi” əsərinin əsl məzmununu tədqiq edən müəllif sübut edib ki, bu kitab absurd, xronologiyası olmayan anti-tarixi uydurmalardan ibarətdir. “Hayların tarixi” heç bir tarixi və mötəbər informasiyaya malik deyil və onun qətiyyən elmi dəyəri yoxdur.

Əsərin ətraflı təhlili onun təkcə tarixi bir sənəd kimi tam əsassızlığını aşkarlamır, eyni zamanda, bütün erməni tarixinin etibarsızlığını nümayiş etdirir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.