www.science.az
08.01.2020 09:15

Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında memorandum imzalanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında yeni innovativ metodlar tətbiq etməklə təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı məqsədilə hər iki tərəfin apardığı elmi istiqamətlərə uyğun olaraq ümumi maraqlara əsaslanan anlaşma memorandumu imzalanıb.

Memorandumda FHN-in Akademiyasında gedən təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, elmi tədqiqat və kadr hazırlığı sahəsində hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə və digər məsələlər nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.