www.science.az
08.01.2020 11:34

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantları imtahan veriblər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların qış imtahan sessiyasına başlanılıb.

Müəssisənin “Molekulyar biologiya” ixtisası üzrə təhsil alan I kurs magistrantları “Mutagenez və reparasiya”, “Biokimya” ixtisası üzrə “Zülalların quruluşu və funksiyaları”, “Biotexnologiya” ixtisası üzrə isə “Mikrobioloji biotexnologiya” fənlərindən, azərbaycan və rus bölmələrində “Molekulyar biologiya” və “Biokimya” ixtisasları üzrə təhsil alan II kurs magistrantlar isə “Biomolekulyar spektroskopiya” fənnindən imtahan veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.