www.science.az
16.01.2020 11:49

“Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri 2021-ci ildə istismara veriləcək

Görkəmli neftçi alim və geoloq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı Sərəncamda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə tapşırıq verilib. Sərəncama əsasən, qurum özünün yeni gəmisinə Xoşbəxt Yusifzadənin adının verilməsini təmin etməlidir.

Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq hazırda Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin X.Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.

Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.