www.science.az
16.01.2020 11:02

Azərbaycanın geoloq alimlərinin monoqrafiyası Rusiyada nəşr olunub

Akademiklər İbrahim Quliyev, Akif Əlizadə, Pərviz Məmmədov, Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri Dadaş Hüseynov və Elmira Əliyevanın həmmüəllifi olduğu “Azərbaycanın məhsuldar qatı” (“Продуктивная толща Азербайджана”) monoqrafiyası Rusiyanın paytaxtı Moskvada çapdan çıxıb.

Kitabda Azərbaycan geoloqlarının, eləcə də AMEA, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mütəxəssislərinin birgə elmi-tədqiqat işlərinin nəticələri əksini tapıb.

Yeni nəşr geoloqlar, karbohidrogen sahəsində çalışan mütəxəssislər, həmçinin ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.